Dahi idi, amma yaxşı ata olmaq istəyirdi - ARAŞDIRMA

Dahi idi, amma yaxşı ata olmaq istəyirdi - ARAŞDIRMA
17 may 2011
# 10:03
Aynur NUH


Əslində uşaqlıqdan musiqi təhsili alanda dünyanın ən böyük tenoru olacağını heç ağlına da gətirməmişdi. Çünki məşhur müğənni yox, adi musiqi müəllimi olmaq istəyirdi. 1935-ci ildə İtaliyanın Modena şəhərində dünyay gəlmiş, ilk musiqi təhsilini atası Fernandodan almışdı. Gənc yaşlarında tam təsadüf nəticəsində Llanqollendə təşkil olunan beynəlxalq mahnı yarışmasına qatıldı və birinci oldu. Daha doğrusu bu yarışda o Lusiano Pavorotti oldu...

"Uşaqlığım müharibə illərinə düşdü, komada qaldım. Həyatın bütün reallıqlarını bilirəm. Həyat mənim üçün sülhdür, həyat həyatdır və bütün hallarda möhtəşəmdir" deyirdi ömrünün son günlərində. Dillərə dastan olmuş iştahının yerində olduğunu da deyirdi. Dünyanın ən məşhur opera sənətçisi 2006-cı ilin aprel ayından etibarən xərçənglə pəncələşirdi. Amma çox ümidli idi. Xərçəngi yenə biləcəyini zənn edirdi. Maestro yaşamaq istəyirdi.

Bəli, yaxşı görünürəm

Təpənin başında okeana baxan böyük bir evdə yaşayırdı. Orada özünü çox rahat, öz evində hiss etdiyini söyləyirdi. Ona, "Yaxşı görünürsən" deyənlərə” bəli, yaxşı görünürəm” cavabını verirdi və bu zaman çox ciddi olurdu. Yaxşı olduğuna inanırdı. Xəstə görünmək istəmirdi. Evini çox sevirdi. Məşq edir, hovuza girirdi. Müalicəsinə də o evdə davam etmək istəmişdi. “Günəş batmadan Modenaya dönməyəcəyəm, günəş çıxmadan ölməyəcəyəm" demişdi. Müalicə üçün Nyu Yorka da getməkdən imtina etmişdi.
Son zamanlarında ilk evliliyindən olan qızları ilə də arasını düzəltmişdi. Hətta böyük qızı Culiana onu ziyarət də etmişdi.
Son müsahibəsində “Müharibə məni filosof etdi” demişdi. “Mən döyüş uşağıyam. İlk uşaqlıq illərim çox gözəl keçib. Sonra 1940-cı ildə müharibə İtaliyaya çatdı. Şəhərimizi bombaladılar. İnsanları öldürməyə gələn silahlı, bıçaqlı əsgərləri gördüm. Bunların hamısı balaca gözlərəmin qarşısında baş verirdi. 12 yaşında xəstələnib 5-6 gün komada qaldım. Həyat haqqında daha çox nə bilə bilərəm ki?! Həyatın bu reallıqlarını bilirəm” deyirdi. Bəlkə də bilmədiyi yeganə şey bu dəfəki düşmənin, bu ağır xəstəliyin çox amansız olması idi.
Bir zamanlar pivə içməkdən 150 kilo olmuşdu, son günlərində 70 kiloqramdan da az izi Maestronun çəkisi.

Həyatında müharibənin böyük rol oynadığını düşünürdü. Amma müharibə onu ən məşhur tenor etməkdə çox cılız idi. Özü də onu dünyada məşhur edən amillər arasında müharibəni xatırlayanda belə deyirdi:

“Müharibə ciddi səbəb deyildi. Amma, o çox əhəmiyyətli oldu mənim üçün. Mən filosof oldum. Bunun səbəbi də müharibədir. Müharibə və uşaqlığımdakı ağır xəstəlik səbəbindən indi çox güclüyəm...”

Yaxşı ata olmaq istəyirdi 71 yaşında

Makaronu çox sevirdi. İtalyan olduğuna və bununla qürur duyduğuna görə idi yəqin bu böyük sevgisi. Zeytun yağı, parmesan və pomidordan başqa sousda heç nə sevməzdi. Təpələmə makaron dolu bir qabı önünə qoyar əvvəlki zamanlardakı kimi bir həmlədə bitirmək istəyərdi. Amma 10 çəngəl yeyə bilirdi Luciano Pavorotti.
Qızı Alsiyanı çox sevirdi. Amma deyəsən ondan başqa da uşaq arzulayırdı. Hətta gileylə “onsuz da bu işlərə qərar verən kişi deyil, qadındır” demişdi. İnsanlar onu fərqli təsəvvür edirdilər. Elə hesab edirdi ki, onu həm mənfi, həm də müsbət mənada şişirdirlər. Zarafatla da bunu bədəninin ölçüləri ilə əlaqələndirirdi. İstəyirdi ki, insanlar onu çox ciddi və professional bir müğənni kimi qəbul etsinlər. Və bir də yaxşı ata olmaq istəyirdi.

Tarixin mübahisəsiz ən böyük tenor səsi olaraq anılan Pavorotti 2006-cı ildə pankreas xərçəngi səbəbindən Amerikada əməliyyat olunmuşdu. Elə Amerikada da “günəş çıxmadan ölməyəcəyəm” deyən Maestro 6 Sentyabr 2007-ci il tarixində günəşin üfiqdə görünməsindən sadəcə bir neçə dəqiqə sonra gözlərini həyata əbədi olaraq yumdu…
# 1193 dəfə oxunub

Oxşar xəbərlər

“Hamlet” faciəsi əksliklər dramı kimi... – Şekspirin  məşhur “Olum, yoxsa ölüm”ü nəyə çağırış idi?

“Hamlet” faciəsi əksliklər dramı kimi... – Şekspirin məşhur “Olum, yoxsa ölüm”ü nəyə çağırış idi?

15:00 6 sentyabr 2025
Leylinin Məcnunluğu - Fəxri Uğurlunun hekayəsi

Leylinin Məcnunluğu - Fəxri Uğurlunun hekayəsi

17:00 5 sentyabr 2025
"Başa düşdük, sənin başın daşa dəyib, icazə ver..." - Nadirdən Kəramətə SƏRT CAVAB

"Başa düşdük, sənin başın daşa dəyib, icazə ver..." - Nadirdən Kəramətə SƏRT CAVAB

16:00 4 sentyabr 2025
Primitivizmin məşhur nümayəndəsi,  "gömrükçü" ləqəbli rəssam - Günün tablosu

Primitivizmin məşhur nümayəndəsi, "gömrükçü" ləqəbli rəssam - Günün tablosu

16:54 2 sentyabr 2025
Sadəliyin bətnindəki təntənə  - “Şahid olmaq istəyirsən?”

Sadəliyin bətnindəki təntənə - “Şahid olmaq istəyirsən?”

12:00 2 sentyabr 2025
"Diktaturanın yeganə üstünlüyü ondadır ki..." - Fransua Moriak

"Diktaturanın yeganə üstünlüyü ondadır ki..." - Fransua Moriak

10:50 1 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər