Teomanın 100 min dollarlıq klipi

Teomanın 100 min dollarlıq klipi
4 may 2011
# 11:10
Türk rok ifaçısı Teomanın yeni albomu və klipi işıq üzü görəcək.

Kulis.az-ın “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, yeni “Eşq və Qürur” adlı albomun ilk klipinə rokçu 100 min dollar xərc çəkib. Teoman klip haqda gedən söz-söhbətlərə cavab olaraq: “Bəli, klipimə 100 min dollar xərclədim və istədiyim kimi çəkdim. Bu qədər xərclədiyim üçün peşman deyiləm. Çünki bunu özüm üçün edirəm” deyib.

Rokçu klipin iki versiyasının olduğunu deyib. İnternet versiyasında erotik və açıq-saçıq səhnələrin bol olduğu klipin televiziya versiyasında bu cür səhnələr çıxarılıb.

Teoman Türkiyənin ən tanınmış rokçularındadır. 44 yaşlı musiqiçi “Gönülçelen”, “İstanbulda son bahar”, “17”, “Paramparça” albomlarının müəllifidir. Ən sonuncu albomu “İnsanlıq halları” 2009-cu ildə işıq üzü görüb.


Günel Əsgərzadə
# 2623 dəfə oxunub

Oxşar xəbərlər

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

14:00 10 noyabr 2026
O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

14:00 9 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

10:00 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər