500 yaşı olan kitab

500 yaşı olan kitab
28 aprel 2011
# 15:42
Amerikanın Yuta ştatında 500 il yaşı olan kitab tapılıb. Sendi şəhərinin sakinlərindən biri bu qədimi kitabı neçə illərdir saxlayırmış. Kitabın neçə yaşı olmasını və hansı qiymətə satıla biləcəyini öyrənmək üçün kitab dilerinə müraciət edib.

Kulis.azın Yahoo News-a istinadən verdiyi xəbərə görə, kitab məşhur “Nüremberq Xronikası” kitabının alman dilində yazılan əsli imiş. “Nüremberq Xronikası” kitabının strukturu bəşəriyyət tarixinin Bibliyada olduğu kimi göstərilməsindən ibarətdir. Kitab 1493-cü ildə Anton Koberger tərəfindən parça üzərinə çap olunub.

Kitabın parça üzərinə çap olunduğundan yazıların və ya səhifələrin ovulub tökülməsi kimi problemləri yoxdur. Ekspertlər bir neçə düzəlişlə onun daha 500 il də yaşaya biləcəyini deyiblər.

Digər kitab dileri Con Vindl kitabın dəyərinin 1 milyon dollar olduğunu açıqlayıb: “Buna oxşar qədimi bir kitab keçən il 850 minə satılıb. Məncə, bu cür qədimi kitabı hər kəs əldə etmək istəyər. Həm də kitab demək olar ki, zərər görməyib. Bu onun qiymətinə çox təsir edir”.

“Nüremberq Xronikası”nın spesifik cəhətlərindən biri onun qədim olsa da, əllə deyil, çap maşını ilə nəşr olunmasıdır. Kitabda Qərbi Avropanın iyirmiyə yaxın şəhərinin tarixindən maraqlı faktlar yer alır.


Günel Əsgərzadə
# 2244 dəfə oxunub

Oxşar xəbərlər

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

12:46 4 noyabr 2026
Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

15:00 3 noyabr 2026
Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

11:00 3 noyabr 2026
Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

10:00 3 noyabr 2026
"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar -  Tadeuş Makovskiyin məşhur əsəri

Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar - Tadeuş Makovskiyin məşhur əsəri

12:00 1 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər