Kitab yazmaq üçün qadın alverçiləri .... - ARAŞDIRMA

Kitab yazmaq üçün qadın alverçiləri .... - ARAŞDIRMA
22 aprel 2011
# 02:00
Antonio Salas təxəllüsü altında yazan məşhur ispan reportyoru 5-6 il əvvəl beynəlxalq terrorçu qruplaşmalarına daxil olaraq dünyada tanınmış killerlərdən birinin etibarlı adamına çevrilib.

Özünü radikal islamçı kimi qələmə verərək beynəlxalq terrorizmin yeraltı dünyasına daxil olan Salas deyir: «Bunu etmək gözlədiyimdən də çətin oldu. İlk günlər vəziyyət xüsusən təhlükəli idi”.

Hamilə arvadını “öldürdülər”

Salas terrorçuara özünü Venesuelda yaşayan fələstin əsilli ispan Məhəmməd Abdulla kimi təqdim edib. Jurnalist rolunu o qədər inandırıcı oynayıb ki, onu hətta döyüşlərin məşqlərinə də dəvət ediblər.

Salasın həyatını təhlükəyə ataraq terror aləminə baş vurmaq istəyi - islam terrorçularının 2004-cü ildə Madriddə 191 nəfərin ölümü ilə nəticələnən terror aktı törətməsindən sonra yarandı.

Bütün ispanlar kimi o da bu faciədən sarsılmışdı: «Mən bilmək istəyirdim ki, ideoloji motivlərə görə insanları öldürən kəs nə düşünür”.

Salas araşdırması zamanı birbaşa onların yuvasına gəlib çıxmışdı: «Mənim məqsədim terrorizm dünyasının mahiyyətini anlamaq idi”.

O adətləri, müsəlman dünyasının sosial strukturunu, siyası cərəyanları və ərəb dilini öyərənərək özü haqda əhvalat uydurmuşdu. Uydurulan əhavalata görə onun Fələstindən olan 25 yaşlı hamilə arvadı Dalal Mujahadı İsrail əsgərləri tərəfindən öldürülüb. Əslində isə Salasın qəzet arxivlərindən tapdığı əsl Dalal 2004-cü ildə atışma zamanı onu evində yaxalayan güllədən ölmüşdü.

Hətta hekayətinin inandırıcı olması üçün Salas - insan alveri məsələsini araşdırarkən tanış olduğu Fatimə adlı qızın fotosunu çəkərək arvadı kimi təqdim etmişdi.

Salasın dediklərindən: “Biz Barselonada otağın interyerini Fələstin evlərinə uyğun dəyişdik”.

Terrorizmin Məkkəsi

Salas hətta Quranın əllə üzünü köçürmüşdü və indi hesab edir ki, onun islamı qəbul etməsi həqiqi idi.

O Quran mətnlərini yazdığı dəftərçəsini qoruyur: “Əllə yazılmış Quranı olan adam azdır”.

Salas radikal islam mətbuatında cihad ideyasını dəstəkləyən jurnalist təəssüratı yaratmaq üçün Misirdən tutmuş Iordaniyaya kimi bütün ərəb ölkələrini gəzir, məqalələr yazır və bu onun haqda mübariz islamçı obrazı yaradırdı: “Mən hətta bir neçə kitab da yazdım və etibar qazanmaq üçün çox vaxt lazım olmadı”.

Salasın yaşamaq üçün seçdiyi ölkə isə Venesuela oldu: “Mənə demişdilər ki, bu ölkə beynəlxalq terrorizmin bir növ “məkkəsi” sayılır, orda Kolumbiyanın terrorist qruplaşmaları və sol radikal bask təşkilatı olan ETA-ın üzvləri fəaliyyət göstərirdi. Kiçik terror qruplarından olanlar da burda Çavesin qanadı altında sığınacaq tapmışdı”.

Çaqqal Karlosla

Jurnalist radikal təşkilatların düşərgəsində öz yerini tuta bildi. O, eyni zamanda Çaqqal Karlos (Hazırda Fransada həbsdə olan Karlos Fələstin Xalq Cəbhəsinin, İtaliyanın “Qırmızı briqada”sının, Yaponiyanın “Qırmızı ordu”sunun, ETA və basqa təşkilatların maraqlarını ifadə edən terror əməliyyatlarını həyata keçirib) kimi tanınan İliç Ramires Sançesin ailəsi ilə yaxınlaşdı: “Mən Karlosu filmlərdən tanıyırdım, terrorçular isə onu özlərinə kumir sayırdılar”.

Sonralar Salas Çaqqal Karlosun şəxsi veb masteri oldu. Bu o demək idi ki, Salas 80-dən çox qətl törədən Karlosla daim telefonla danışırdı. Indiyə kimi Parisin La Sante həbsxanasında cəza çəkən Karlos ona tez-tez zəng edirdi.

Salas deyir: “Karlosun təhlükəsizliyim üçün narahat olduğunu eşidəndə məni qəribə hisslər bürüdü, çünki qətllər törədən birisi mənə dostluğunu təklif edir və belə şeylər deyirdi”.

Ən mühüm vəzifəyə təyinat

Salas islamı qəbul edən Karlosun iki balaca qardaşı ilə - Vladimir və Leninlə tanış olur. Bu adları onlara leninizm ideyalarının tərəfdarı olan hüquqşünas ataları vermişdi.

Salas deyir: “Vladimir qardaşının daha qızğın tərəfdarı idi, Lenin isə daha təmkinli idi. Sonra mən onun anası və qohumları ilə tanışdım, biz daha da yaxınlaşdıq”.

O Karlosla birinci dəfə təsadüfən danışır. Karlos həbsxanadan zəng vuranda Salas onun ailəsində qonaq idi: “Biz əvvəlcə ərəbəcə, daha sonra ispanca danışdıq. Mən onu ərəb adi ilə “komandante Səlim” adlandırdım. 6 dildə danışan Karlos ağıllıdır. Bizim söhbətimiz təxminən 1 saat çəkdi. O bir neçə qətldə əli olduğunu etiraf etdi və mən onu lentə yazdım”.

Daha sonra Salas əsas məqsədlərindən biri Karlosu Venesuelaya qaytarmaq olan saytlardan birində işləməyə başladı:

“Bu saytın Karlosa yaxın olmasının əminlik yaratmaq üçün mən 30-40 il əvvəl bağlanmış arxivlərə girmək icazəsini aldım, onun məktəb illəri haqda bilgilər və ailə fotolarını tapdım. Mən uzun müddət Vladimirin evində vaxt keçirdim və materialları araşdırdım”.

Çaqqal Çe kimi inqilabçıdır

Salas öz mətnlərini Le Sante həbsxanasına yollayır, Karlos isə onları düzəlişlərlə geri göndərirdi. O hətta həbsxanadkı fotolarını Salasa saytda yerləşdirmək üçün yollamışdı.

Salas sonralar bildi ki, Çaves terrorçunun qızğın tərəfdarlarından biridir: “Onun üçün Karlos terrorçu yox, Çe kimi inqilabçı və beynəlmiləlçi idi. Çünki Karlos da Çe kimi başqa ölkələrə gedərək insanların azadlığı uğrunda mübarizə aparıb. Hər dəfə Çaves Karlos haqda danışanda mən bunu lentə yazaraq Karlosa göndərirdim və bu ona xoş gəlirdi”.

Salası Le Sante həbsxanasına dəvət etsələr də o imtina etmişdi. Çünki dəstək almadan işləyən müstəqil jurnalist kimi onun pasport nəzarətində kimliyi açıqlana bilərdi.

Salas deyir: «Mən heç vaxt xüsusi xidmət orqanlarına, siyasi partiyalara və KİV-ə işləməmişəm. Mən yalnız öz oxucularım üçün işləmişəm. Məhz onlar son nəticədə təhqiqatlarıma görə pul ödəyirlər. Mən həmişə tək fəaliyyət göstərmişəm”.

İslamçılarla kommunistlər əl-ələ

Salasın dediyinə görə, Venesuela cəngəlliklərində tamamilə fərqli terror qrupları məşq keçir. Perunun Tupak Amaru təşkilatından tutmuş bask separatistlərinə qədər. Motivlərinin fəqrli olmasına baxmayaraq onlar bir-bir ilə sıx bağlıdırlar. Bir-birini işarədən anlayır və yardım edirlər: “Mən cihad döyüşçüsünə lazım olan hər şeyi öyrəndim, amma burda cəlbedici heç nə yoxdur, orda yalnız yaxşı öldürməyi öyrədirlər”.

Salas deyir ki, instruktorlar arasında Vensuela ordusunun zabitlərdi də var.

Jurnalist bütün ağıllı adamlar kimi zorakılıq dünyasında cəzbedici heç nə görmür: “Terrorçular ya ölür, ya həbsə düşürlər. Belə taleni seçmək üçün gərək axmaq olasan”.

Salasın bu araşdırması haqda yazdığı “Fələstinli” kitabı Avropada bestsellerdir.

Qadın “alverçisi” də oldu

Salas özünün əvvəlki jurnalist fəaliyyətində də ciddi araşdırmalarla məşğul olub. 2002-ci ildə o, ispan neonasist qruplarının fəaliyyətini araşdırıb. Bu haqda kitabı yayımlanandan sonra neonasist təşkilatı ləğv edildi.

Bir il sonra isə o qadın alveri ilə məşğul olan təşkilatlara daxil oldu. Müəllifin “Mənim qadın alveri ilə məşğul olduğum il” kitabı nəşr edildi və təhlükəsizlik orqanları qadın alverinə əli bulaşan adamların çoxunu həbs etdi.

Yeri gəlmişkən, Salasın üzünü heç kəs görməyib. O təlükəsizliyini təmin etmək üçün publika qarşısına üzü bağlı halda çıxır.

Rəna Nevzat hazırladı
# 1048 dəfə oxunub

Oxşar xəbərlər

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
# # #