İslamçı punklar

İslamçı punklar
17 avqust 2011
# 05:00
Radikal islamçı deyiləndə ağlınıza nə gəlir?

Partlayıcı yüklənmiş və ya şəriət istəyən saqqalı bir adam... Ancaq “Ərəb baharı”nın etirazçılarından sonra bu stereotip dəyişdi. Bu steriotipi isə İngiltərədə çıxan azbüdcəli “The Taqwacores” filmi dəyişdirdi...

“Təqva” yəni “Təqva” ərəbcə “Allah qorxusu”, “core” isə “daxili, nüvə, iç” mənasını verir. “Takvakor” adını tapan Maykl Nayt adlı 17 yaşındakı Nyu-Yorklu bir gəncdir.

Nayt ailəsindən ayrılıb müsəlman olur və Pakistanda bir mədrəsəyə yazılır. Sonradan Maykl Məhəmməd Nayt adını götürür və İslamda razılaşmadığı bir çox şey ortaya çıxır. Dinin qadınlara, geylərə və içkiyə qarşı münasibətini bəyənməyən Nayt: “İslamın konkret bir təyini yoxdu, mən onu təyin edəcək bir azadlığa malik olduğum dünyanı xəyal etdim” deyir.

2002-ci ildə Nayt bu alternativ dünyanı anladan “Takvakor” adlı bir kitab yazır və fotosürətini çıxararaq yayır. Anarxist bir nəşriyyat evinin buraxdığı kitab kütləviləşir və “İslami punk”çı musiqi qrupları yaranmağa başlayır.

Kitab həqiqətə çevrildi…

Kitabdan sonra Bostonda ‘The Kominas’, Torontoda qadınlardan ibarət ‘The Secret Trial Five’, Çikaqo, Pakistan və İndoneziyada bir neçə islami punk qrupları ortaya çıxdı.

Qruplar bu kitabı qadınlar və homoseksuallara hörmət edən və lazım olduqda İslamı tənqid edə bilən bir gənclik mədəniyyətinin manifesti kimi qəbul etdilər.

Hazırda Nyu-Yorkda İslam mövzusunda doktorluq edən Nayt: “Kitabı yazanda özümü müsəlman saya bilərdimmi, bilmirəm. İslamın hər şərtini qəbul etmir, ətrafında dolaşırdım. Özümü atılmış hiss edirdim. Punk etirazı, fərqliliyi özündə cəmləyən bir mədəniyyətdir. Punkçı dostlarım mənə kim olduğumdan və inandıqlarımdan qorxub utanmamağı öyrətdilər mənə” deyir.

2007-də Nayt bir neçə punkçı qrupla ABŞ-dan Pakistana səyahət edir, konsertlər veriblər. 2009-cu ildə “Takvakor: İslami punkın doğuluşu” adlı sənədli film çəkilib və sonrakı il “The Taqwacores” filmi çıxıb.

“Takvakorz” filmi

Gündə beş dəfə namaz qılan, musiqi və içkidən ayrı bir uşaqlıq keçirən Eyad Zahra da Naytla tura qatılanlardan olub. Filmi çox az büdcə ilə də olsa, çəkməyə qərara alıb.

Filmin çəhrayı saç düzümlü qəhrəmanı Cahangir səhər dostlarını elektron gitarası ilə namaza çağırır. Aralarında makiyajlı və ətək geyinən bir gey də var. Pivə və marixuana çəkirlər. Qara çarşabının altından üzü görünməyən feminist, azad ruhlu Rabeya Quranı qırmızı qələmlə oxuyaraq: “Bu məmləkətdə kişilərin qadınlarını döymələri əmr olunur” deyərək bəzi yerləri daima qaralayır.

Baş qəhrəman Cahangir: “Onlar namazı buraxan uşaqlardır. Ailələrindən gizli oğlan dostları ilə görüşən qızlardır. Müsəlmanlar onları müsəlman, punkçılar da punkçı saymırlar” deyərək ortada qalan gəncliyi anlatmağa çalışır.

İslami punk həqiqətən varmı?

Uzun müddət mübahisə mövzusu olan “İslami punk” haqda sənədli film hazırlayan 27 yaşlı Malik: “”Takvakor”çu qruplar hamısı dağıldı. Mən də onlardanam. Özümü İslam mədəniyyətinə aid hiss edirəm. Amma həm də amerikanam. Rok və hip-hopu sevirəm. Bəzi günlər heç özümü müsəlman hiss etmirəm. Ateist bir müsəlmanam” deyə açıqlama verib.

Filmi çəkən Zahra da Maliklə eyni fikirdədir: “İndi özünü Takvakorçu görən ən çox 60 sənətçi var. Ən yaxşı müsəlman rok qrupları İndoneziyadadır. Ancaq onlar da çox İslamçıdırlar. Homoseksuallara qarşıdılar. Bu da Takvakora ziddir”.

Zahra isə “Ərəb baharı”ndan sonra bu hərəkatın güclənəcəyinə, İslamın homoseksuallar, qadınlara qarşı münasibətinin dəyişəcəyinə ümid edir.

Günel ƏSGƏRZADƏ
# 1184 dəfə oxunub

Oxşar xəbərlər

Nəriman Nərimanov Tağıyevin pul yardımından niyə imtina etmişdi?

Nəriman Nərimanov Tağıyevin pul yardımından niyə imtina etmişdi?

09:00 23 iyul 2024
Mikayıl Mirzənin oğlu:  "Atam sağ olsaydı, mən səfir idim..." - Müsahibə

Mikayıl Mirzənin oğlu: "Atam sağ olsaydı, mən səfir idim..." - Müsahibə

09:00 22 iyul 2024
Molla Pənah Vaqif haqqında deyilənlər, yazılanlar və gerçəklər

Molla Pənah Vaqif haqqında deyilənlər, yazılanlar və gerçəklər

11:57 21 iyul 2024
Qustav Floberin novellası - dilimizdə ilk dəfə

Qustav Floberin novellası - dilimizdə ilk dəfə

09:00 19 iyul 2024
Müəllif "qızları ərə verməyə tələsməyin"  demək istəyir? - Hekayə müzakirəsi

Müəllif "qızları ərə verməyə tələsməyin" demək istəyir? - Hekayə müzakirəsi

09:00 16 iyul 2024
Qonaqlıq - Günün lətifəsi

Qonaqlıq - Günün lətifəsi

09:00 13 iyul 2024
# # #