Afaq Məsudun “Anna Karenina”sı - FOTOLENT

Afaq Məsudun “Anna Karenina”sı - FOTOLENT
11 aprel 2011
# 15:28
Akademik Milli Teatrda dörd yeni tamaşa üzərində məşq gedir. Məşq otaqlarına, böyük tamaşa salonuna baxdıq, yox, bunlar hələ biz axtardığımız deyil. Axtardığımızı dördüncü mərtəbədəki böyük məşq zalında tapdıq.

Burda Afaq Məsudun “Qatarın altına atılan qadın ”
əsərinin məşqləri gedir. Kulis.az məşq prosesini izləyib.
Əsəri tamaşaya Mehriban Ələkbərzadə hazırlayır. Onun da, aktyorların da başları qızğın məşqə qarışdığından sakitcə zala daxil olduq. İcazəni əvvəldən almışdıq.

Mehriban Ələkbərzadə aktyorlara bir-bir mizanlarını verir, sonra növbəti səhnənin məşqi üçün onları səhnədə yerlərini tutmağa göndərirdi. Məşq prosesi öz qaydasında gedirdi. Hərdən rejissor ürəyincə olmayan yerdəcə saxlayıb düzəlişlər edirdi. Nəhayət, beş dəqiqə fasilə verdi, kimisi bu arada siqaret çəkmək, kimisi çay içmək üçün ayrılmış otağa qaçdı.

Rejissor danışır: “Bir gün Lev Tolstoydan soruşurlar ki, indi hansı əsər üzərində işləyirsiniz? Cavab verir ki, heç, bir qadından yazıram, axırda özünü qatarın altına atır. Bu L. Tolstoyun “Anna Karenina” romanına verdiyi tərif idi.

Bizim hazırladığımız tamaşanın da qəhrəmanı axırda özünü qatarın altına atır. Baş qəhrəman həyatda hər şeyini itirmiş qocaman aktrisadır. Düşünür ki, ya intihar etməli, ya da harasa baş götürüb getməlidir. Qərar alır və guya gedir, gəlir vağzala və özü kimi ikinci miskin insana rast gəlir.

O, da vaxtilə məşhur yazıçı olub, indi bomjdur. Tamaşanın sonu onunla bitir ki, əslində Şekspir demiş həyat bir səhnədir, bütün insanlar oynayırlar, amma bu insanlar həyat səhnəsində oynaya bilmədikləri üçün ölümə məhkum olurlar. Hər biri olduqları kimi yox, görünməli olduqları kimi olmağa məcbur olan insanlardır, artıq bundan nəfəsləri tıncıxıb, nəfəs ala bilmirlər.

Özləri ola bilmirlər, oynamalıdırlar, oynamasalar intihar mütləqdir. Oynamaq da hər kəsin işi deyil axı. Məhkum olduğumuz həyatdır, içimizdə öz həyatımız var, sadəcə onu yaşamağa şərait, imkan yoxdur.

Əsərə görə bu aktrisa tamaşa boyu yalnız oynayır, mən onu əsərdən ayırmışam, tamlaşdırmışam. Yol vermişəm ki, iç sözünü desin. Monoloqunu bir-neçə yerə bölmüşük. Qəhrəmanı Zərnigar xanım Ağakişiyevaya vermişik, çünkı bu aktrisanın bizə ən çox lazım olan vaxtıdır. Obraz onun yaşantıları ilə üst-üstə düşür. O, geri qaytarılmayacaq günlərin acısını yaşayır. Zərnigar xanımın roludur .”

Zərnigar Ağakişiyeva tamaşa ilə bağlı Kulis.az-a bunları dedi: “Bu mənim öz obrazımdır, özümü oynayıram.”

Rolların hamısının dublyoru var, Zərnigar xanımın yaratdığı qadın obrazının dublyoru teatra məhz bu tamaşaya dəvət olunmuş Gənc Tamaşaçılar Teatrının aktrisası Kəmalə Hüseynovadır.

Epizodik bir rolu-tumsatan qadın obrazını, Hicran Nəsirova oynayır, aktrisa Əminə Babayeva bu rola dublyordur.

Cəfər Namiq Kamal bomja çevrilmiş yazıçını oynayır. Onun dublyoru Abbas Qəhrəman olacaq.

Aktrisa Hicran Nəsirova da dram haqda danışdı: “Əsəri oxuyanda dedim on qramlıq obrazdır, amma daxil olduqca açıldı mənə. Rəngarəng, maraqlı obrazdır. Ümumiyyətlə əsərdə, tamaşada hər kəs özünü görəcək. Burda epizodik rol yoxdur, hərəsinin öz yükü var. Hər bir kiçik obrazda bir-neçə insan həyatı var.”

Mehriban Ələkbərzadə isə əsəri də onun müəllifini olduğu kimi çox sevdiyini dedi. Sevgi olan yerdə isə uğur qaçılmazdır. Tamaşanın premyerası may ayına planlaşdırılır. İştirak etmək arzusu ilə


Ramilə Qurbanlı
# 2445 dəfə oxunub

Oxşar xəbərlər

Kortasarın ölümünün arxasındakı dəhşətli sirr – İllər sonra açılan QİÇS qalmaqalı

Kortasarın ölümünün arxasındakı dəhşətli sirr – İllər sonra açılan QİÇS qalmaqalı

17:10 12 fevral 2026
Arvadını qətlə yetirmək, dövlət pulunu mənimsəmək, bank talamaq...- Cinayət törətmiş məşhur yazıçılar

Arvadını qətlə yetirmək, dövlət pulunu mənimsəmək, bank talamaq...- Cinayət törətmiş məşhur yazıçılar

15:23 11 fevral 2026
Ölən qızının robotunu düzəldib özüylə yatıran dahi - Fəlsəfənin "ata"sını kim zəhərlədi?

Ölən qızının robotunu düzəldib özüylə yatıran dahi - Fəlsəfənin "ata"sını kim zəhərlədi?

12:00 11 fevral 2026
İnsanı nə xoşbəxt edir? - Ömər Xəyyamın min il əvvəl söylədikləri

İnsanı nə xoşbəxt edir? - Ömər Xəyyamın min il əvvəl söylədikləri

15:00 10 fevral 2026
Qumar masasında uduzulan şah əsər  - Qadınlar yaraşıqlı zabitləri qoyub niyə Puşkinə qaçırdılar?

Qumar masasında uduzulan şah əsər - Qadınlar yaraşıqlı zabitləri qoyub niyə Puşkinə qaçırdılar?

12:00 10 fevral 2026
Kefli İskəndərin gizli siması: xilaskar yoxsa qatil? - Cəfər Cabbarlı Mirzə Cəlilin əsəri haqqında

Kefli İskəndərin gizli siması: xilaskar yoxsa qatil? - Cəfər Cabbarlı Mirzə Cəlilin əsəri haqqında

10:00 10 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər