“Xocalı ayı”: Dinləyin, Xocalı köçkünüyəm mən... – Zaur İlhamoğlu

“Xocalı ayı”:  Dinləyin, Xocalı köçkünüyəm mən... – Zaur İlhamoğlu
12 fevral 2022
# 14:00

Xəbər verdiyimiz kimi, Kulis.az “Xocalı ayı” elan edib. Fevral ayı boyunca saytımıza göndərilən Xocalı haqda şeir, hekayə və esseləri çap edəcəyik.

Kulis.az “Xocalı ayı” çərçivəsində Zaur İlhamoğlunun “Dinləyin, Xocalı köçkünüyəm mən...” şeirini təqdim edir.

Dinləyin, Xocalı köçkünüyəm mən,

Evi yağmalanan, eli dağılan.

Qapısı qaralan, ocağı sönən,

Odu tapdalanan, külü dağılan.


26 Fevral - o qanlı tarix,

Mən həmin tarixin nişanəsiyəm.

Mənimlə bir anlıq olsan, müvafiq,

Görərsən mən necə dərd xanəsiyəm.


Eh, nələr görmədim mən həmin gündə.

Neçə günahsıza güllə sıxdılar.

Necə izah edim? Gözüm önündə,

Anamın qarnına süngü soxdular.


Neçə qız gəlinim olundu sürgün,

Düşmən qan çilədi əməlləriylə.

Bacıma yad əli dəyməmək üçün,

Boğdu atam onu öz əlləriylə.


Bir ömür çəkəsi dərdin kökündə,

Ürək dözməyəsi acılarım var.

Unutmaq olarmı qarın içində,

Donan qardaşlarım, bacılarım var.


Bəzisi söz qoşur arxamca mənim:

"Xaindir! Yurdunu atıb gələndir.

İndi məskən olub mənim məskənim,

Doğma məskənini satıb gələndir".


Axı elə deyil, qırma qəlbimi,

Biz oda qalandıq, yanıb qovrulduq.

Sonradan satılan torpaqlar kimi,

Biz də xəyanətin qurbanı olduq.


Döyüşdüm, köməksiz olsam da yenə,

Birtəhər başımı qatıb gəlmədim.

Deməyin o sözü!
Deməyin mənə!

Mən öz torpağımı satıb gəlmədim.


Mən ana itirdim, ata itirdim,

Bacımın nəşini gördüm gözümlə.

Qəsdən yox, məcburən pənah gətirdim,

Məcburam yaşayım belə dözümlə.


Səbr etmək çətindir qəmə, hicrana,

Desən dağ da çəkməz bu dərd, gileyi.

İstərəm həyatda heç bir insana,

Allah yaşatmasın köçkün taleyi.

# 3354 dəfə oxunub

Oxşar xəbərlər

Unut kədərini, qəmini unut - Nüsrət Kəsəmənli

Unut kədərini, qəmini unut - Nüsrət Kəsəmənli

11:25 8 may 2026
"Bu da bir yuxudur, gəl tanış olaq..." - Günün şeiri

"Bu da bir yuxudur, gəl tanış olaq..." - Günün şeiri

10:23 8 may 2026
"Dost olmasa bu yerlərin nə dadı?" - Sabir Rüstəmxanlıdan Musa Yaqubun anım gününə

"Dost olmasa bu yerlərin nə dadı?" - Sabir Rüstəmxanlıdan Musa Yaqubun anım gününə

14:10 7 may 2026
Mənim incilərim hara daşındı?! - Günün şeiri

Mənim incilərim hara daşındı?! - Günün şeiri

10:10 7 may 2026
O küçənin oğlanları aşiq idilər mənə... - Füruğ Fərruxzad

O küçənin oğlanları aşiq idilər mənə... - Füruğ Fərruxzad

17:13 6 may 2026
"Qız, vücudun nədəndir?" - Günün şeiri

"Qız, vücudun nədəndir?" - Günün şeiri

10:30 6 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər