"Unutqanlığın ağır pəncəsi üstünüzdən keçəcək..." - Yuliya Sendreinin şeiri

"Unutqanlığın ağır pəncəsi üstünüzdən keçəcək..." - Yuliya Sendreinin şeiri
6 sentyabr 2026
# 13:30

Bu gün tanınmış macar şair, tərcüməçi, məşhur şair Şandor Petöfinin həyat yoldaşı Yuliya Sendreinin anım günüdür.

Kulis.az onun "Mənim düşüncələrim, duyğularım" şeirini təqdim edir.


Mənim düşüncələrim, duyğularım
Qanad açırlar,
Qəfəslərinin qapısını açıq qoydum
Və uçub getdilər.

Dünyaya uçmayın,
Məni tərk etməyin,
Orada sizə nə dost gözləyir,
Nə də isti qucaq...

Orada qohum-qardaş ürəyi tapmazsınız,
Hara ki uçursunuz,
Rəhmsizliyin soyuqluğundan
Ölməlisiniz.

Sevincimin, kədərimin
Şirin övladları,
Ürəyimin gizli dünyasının
Balaca balaları.

Alovun üstünə uçan
Kəpənək kimi davranırsınız,
Və yandırıcı od arasında orada
Sizi ölüm gözləyir.

İstehzanın iti gülüşü
Sizi qarşılayacaq,
Və hər ətirli güldən
Sizi qovacaq...

Və o zamana qədər

budaqdan budağa uçacaqsınız ki,
Tikanlar
Qanadınızdan bütün lələkləri
Yolub tökməsin.

Və əzilərək, parça-parça olaraq
Yerə düşəcəksiniz,
Və unutqanlığın ağır pəncəsi

Üstünüzdən keçəcək.

Dünyaya uçmayın,
Orada yalnız qəm var;
Məndə həyat, orada isə acı,
Qəmli ölüm!

Rus dilindən sətri tərcümə: Aydan Ağayeva

# 649 dəfə oxunub

Oxşar xəbərlər

"Şeytanın sarayında bayramıdır cinlərin..." - Mixail Lermontovun şeirləri

"Şeytanın sarayında bayramıdır cinlərin..." - Mixail Lermontovun şeirləri

15:30 15 oktyabr 2026
"Kədərim nə vaxtsa arzularınıza mane olub ki?" - Nobel mükafatçısının  şeirləri

"Kədərim nə vaxtsa arzularınıza mane olub ki?" - Nobel mükafatçısının şeirləri

15:00 13 oktyabr 2026
“Gəl, bu gecə taleyin inadını sındıraq” - Günay Mirinin şeirləri

“Gəl, bu gecə taleyin inadını sındıraq” - Günay Mirinin şeirləri

13:00 13 oktyabr 2026
"Alnımın qırış yerindən taleyin çaparı keçir..."  - Əlisəmid Kürün şeirləri

"Alnımın qırış yerindən taleyin çaparı keçir..." - Əlisəmid Kürün şeirləri

11:50 13 oktyabr 2026
"Dər qığılcımlarımı, sıx buludlarımı..." - "Yeni Güney Azərbaycan" layihəsində Elşən Böyükvəndin şeirləri

"Dər qığılcımlarımı, sıx buludlarımı..." - "Yeni Güney Azərbaycan" layihəsində Elşən Böyükvəndin şeirləri

15:00 9 oktyabr 2026
Bizə "ölümün adamları" deyirlər...  - Məşhur seneqallı şairdən şeir

Bizə "ölümün adamları" deyirlər... - Məşhur seneqallı şairdən şeir

14:00 9 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər