Kasıbın yeganə silahı işləməkdir - Əziz Nesindən aforizmlər

Əziz Nesin

Əziz Nesin

19 fevral 2023
# 21:00

Kulis.az türk yazıçısı Əziz Nesinin məşhur aforizmlərini təqdim edir.

Ən gözəl şeir riyaziyyatdır. Yer üzündə indiyə qədər “iki dəfə iki dörd edər”dən daha gözəl misra yazılmayıb, məncə.

Mən ateistəm və bir gün Tanrıya inandığımı dediyimi eşitsəniz, ciddiyə almayın. Demək ağlımı itirmişəm.

Bilirsən, günahları yazan mələk soldadır. Hətta bundandır ürəyin solda olmağı. Çünki bəlkə də eşq yaşanılan ən böyük günahdır.

Barmaqlarımızın arasında boşluq — bizim üçün yaradılan o insan gəlib onu doldursun deyə var.

Türk kişisinin dünyanın ən qısqanc kişiləri olmağının səbəbi sevgililərinə deyil, özlərinə inanmadıqlarındandır.

Bəlkə də bərk-bərk qucaqlayacağımız sevgilimiz yoxdur, bəlkə tənhayıq. Amma bilin ki, adam kimi sevdiyimizdəndir tənhalığımız.

Hərbə sərf olunan pul dünyadakı aclıq probleminin tamamən həll edilməsi üçün lazım olan pulun təxminən 100 qatıdır.

Xəritələrə baxdım, heç birində evin yoxdur. Ensiklopediyalara baxdım, heç birində şəklin yoxdur. Lüğətlərə baxdım, heç birində adın yoxdur. Güzgüdə özümə baxdım, səni gördüm. Məndən başqa yerin yoxdur.

Tənbəllərin iş günü sabahdır.

Əziz Nesin: "Mənim ən böyük qürurum odur ki..." - Müsahibə

Nə qədər qalmaq istəsək də, bəzən getmək məcburiyyətində qalırıq. Və nə qədər getmək məcburiyyətində olsaq da, qalmaqdan yanadır sol yarımız.

“Heç kimə inanmıram” deyə bir şey yoxdur, “vaxtı ikən ona inandım, indi heç kimə inanmıram” var.

Qorxmuram deyənlər ya başqalarına yalan deyirlər, ya özlərinə yalan deyib özlərini aldadırlar, ya da bilməyərək insan olmadıqlarını deyirlər.

Həyat imtahandırsa, onda əziyyət çəkmə heç, adını yaz və çıx. Bəlkə keçməzsən, amma adının altında tərtəmiz bir səhifə qoyub gedərsən.

Nə ölünün arxasınca danışarlar, nə də gedənin. Çünki qalan üçün ölmək də, getmək də elə də fərq eləmir.

Üşümək varsa, bu istinin yoxluğundandır, qaranlıq varsa, bu da işığın yoxluğundan. Əgər hər yer qaranlıqdırsa, sən də üşüyürsənsə, bax bu Onun yoxluğudur.

Dağlar dağılmasın deyə ah çəkmirəm. Özümü dağıdıram, dünyanı dağıtmıram...

Mənə dəyməyən ilan min il yaşasın deyib yaşatdığınız ilanların sonrakı hədəfi də siz olacaqsınız.

Bir toxum verdin, çiçəyini al. Bir dən verdin, ağacını al. Bir budaq verdin, çəmənini al. Dünyamı verdim sənə, məndə qal.

Dar yerdən çıxanlar geniş yerlərə sığmazlar.

Xəyalım balaca bir uşağa “nə qədər sevirsən” sualını verəndə əlini iki yana açıb “bax bu qədər” deyəcək o məsum sevgini tapmaq idi.

Aziz Nesin Üzerine (Şennur Sezer) – SalakFilozof

Səni anan qədər sevəcək, atan qədər maraqlanacaq heç kimin yoxdur, ona görə heç kim mənə eşqdən danışmasın.

Kasıbın yeganə silahı işləməkdir.

Qoy olmasın məzar daşımız, bir məktəb bağçasına basdırsınlar bizi, uşaqlar qaçışsın üstümüzdə...

Yalnızlığını götür gəl! Qorxma, darıxmarıq. Sənin yalnızlığın mənim yalnızlığımla danışar, biz ikimiz susarıq.

Həyatımda boyum qədər kitab yazdım, amma məni sevməyənlər buna da bir bəhanə tapıb – onsuz da onun boyu balacaydı deyə bildilər.

İnsan təkcə danışdıqlarına görə deyil, susduqlarına görə də məsuliyyət daşıyır.

Bilirsən, bir kişinin göz yaşları elə-belə axmaz; amma əgər kişi ağlıyırsa, gözyaşları əsla saxta olmaz!

Aziz Nesin'in Kaleminden Nasıl Yazıyorum Sorusuna Verdiği 7 Samimi Cevap |  ListeList.com

# 2668 dəfə oxunub

Oxşar xəbərlər

Qustav Floberin novellası - dilimizdə ilk dəfə

Qustav Floberin novellası - dilimizdə ilk dəfə

09:00 19 iyul 2024
Qatil - Ruslan Mollayevin hekayəsi

Qatil - Ruslan Mollayevin hekayəsi

15:00 18 iyul 2024
Kibrit evlər - Tural Cəfərlinin hekayəsi

Kibrit evlər - Tural Cəfərlinin hekayəsi

11:30 16 iyul 2024
Milan Kunderanın yeni əsəri çap olunub:  "Girov götürülən Qərb"

Milan Kunderanın yeni əsəri çap olunub: "Girov götürülən Qərb"

10:51 16 iyul 2024
Əvvəl qadınlar kölə olmaq üçün ərə getmirdilər- Loğman

Əvvəl qadınlar kölə olmaq üçün ərə getmirdilər- Loğman

09:00 15 iyul 2024
Günəş topla mənim üçün - Etimad Başkeçidin hekayəsi

Günəş topla mənim üçün - Etimad Başkeçidin hekayəsi

16:00 14 iyul 2024
# # #