ARKA məlumat yaydı

ARKA məlumat yaydı
4 dekabr 2023
# 10:22

Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) film layihələrinin seçiminə müdaxilə etmir.

Kulis.az xəbər verir ki, bu barədə ARKA məlumat yayıb.

Məlum olduğu kimi, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) tərəfindən bu ilin 18 iyul tarixində film layihələri müsabiqəsi elan edilib.

Müsabiqənin məqsədi ölkədə kino sahəsinin inkişafının dövlət tərəfindən dəstəklənməsi, kinematoqrafiya fəaliyyətinin təşviq edilməsi və yerli kinematoqrafçıların təcrübəsinin artırılması, milli-mənəvi və ümumbəşəri dəyərləri təbliğ edən filmlərin istehsalına nail olunması, eləcə də bu sahədə özəl sektora dəstək verilməsidir.

Müsabiqəyə tələbə filmləri də daxil olmaqla, ümumilikdə 100-dən artıq layihə təqdim edilib. Kinematoqrafın müxtəlif istiqamətlərini təmsil edən yeddi nəfərdən ibarət (İlqar Fəhmi, Fikrin Bəktaşi, Fehruz Şamiyev, Aydın Talıbzadə, Azər Quliyev, Murad Hüseynov, Rasim Həsənov) Seçim komissiyası tərəfindən müsabiqənin ikinci mərhələsi ilə bağlı yekun iclasda 30 layihənin müdafiəsi üçün müəlliflərin pitçinqə dəvət olunmasına qərar verilib. İclasın bütün gedişinin (səs qeydləri də daxil) katiblik tərəfindən protokolu tərtib olunaraq arxivləşdirilib.

​23-24 noyabr tarixlərində Azərbaycan Dövlət Film Fondunda müsabiqənin pitçinq mərhələsi təşkil olunub. Bu mərhələdə Seçim komissiyasının üzvləri və Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurasının nümayəndələri ilə birlikdə (televiziya rəhbərlərinin “Zoom” vasitəsilə qatılımı da təmin olunub) iştirakçıların layihələrini dinləyiblər. Nəticədə 11 layihə (“Kapitan və Xəzər dənizi”, “Nargin”, “Ölüm axtaran qadın”, “Kür – çaylar anası”, “Narqız”, “Sözün varsa, de”, “Günəşdə də ləkələr olur”, “Qorqud və Zəhra”, “Xəzinə”, “Daş”, “Erkən hisslər”) və tələbə filmləri layihələri Ekspert şurasının yekun iclasına təqdim edilib.

Ekspert şurasının son iclasında səsvermə nəticəsində 11 qalib layihədən ikisi (“Qorqud və Zəhra”, “Sözün varsa, de” ) səs çoxluğu ilə ssenarinin inkişaf proqramına yönləndirilib. “Borc”, “Arılar və qəbirlər” film layihələri isə təkmilləşdirmə və ssenarinin inkişaf proqramına cəlb olunduqdan sonra istehsala buraxılması tövsiyə edilib.

Ekspert şurasının əsasnaməsinə uyğun olaraq, səs çoxluğu ilə seçilən layihələr Seçim komissiyasının və Ekspert şurasının müstəqil qərarı kimi qiymətləndirilməlidir. ARKA bu prosesə müdaxilə etmir.

Bildiririk ki, müvafiq qaydalara, Ekspert şurasının yekun rəyinə əsasən, ARKA qalib olmuş layihələrə və onların maliyyələşməsinə dair yekun qərar qəbul edir. Film layihələri ARKA-nın iqtisadi cəhətdən əsaslandırmasından sonra istehsala buraxılacaq.

Müsabiqənin hər hansı mərhələsi ilə bağlı narazılığı olan iştirakçılar Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış Apellyasiya komissiyasına müraciət edə bilərlər. Film layihələri müsabiqəsində Apellyasiya komissiyası təcrübəsi ilk dəfə tətbiq olunur.

Komissiyaya 9 nəfər yerli və xarici peşəkar kinematoqrafçıdan ibarət heyət cəlb edilib.

# 2522 dəfə oxunub

Oxşar xəbərlər

İspandilli ədəbiyyatın ən böyük mükafatı qadın yazıçıya verildi

İspandilli ədəbiyyatın ən böyük mükafatı qadın yazıçıya verildi

14:54 5 noyabr 2026
"Qarşındakı insan Firondan daha pis deyil..." - Xalid əs-Sübey

"Qarşındakı insan Firondan daha pis deyil..." - Xalid əs-Sübey

11:10 4 noyabr 2026
Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

10:00 3 noyabr 2026
İyirmi ildən sonra etmədiklərinizə görə təəssüflənəcəksiniz... - Mark Tven

İyirmi ildən sonra etmədiklərinizə görə təəssüflənəcəksiniz... - Mark Tven

09:40 3 noyabr 2026
"Dünyanı ruhi xəstəxana kimi istifadə etdiklərinə əminəm..." - Bernard Şoudan sitatlar

"Dünyanı ruhi xəstəxana kimi istifadə etdiklərinə əminəm..." - Bernard Şoudan sitatlar

15:00 2 noyabr 2026
"Bəşəriyyətin ən uca təcəlliləri belə fanidir..." - Nobel mükafatçısı Teodor Mommzenin "Roma tarixi"ndən sitatlar

"Bəşəriyyətin ən uca təcəlliləri belə fanidir..." - Nobel mükafatçısı Teodor Mommzenin "Roma tarixi"ndən sitatlar

14:00 1 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər