Zəngilanda kitab təqdimatı keçirildi

Zəngilanda  kitab təqdimatı keçirildi
5 dekabr 2023
# 10:40

"Böyük Qayıdış" ın rəmzinə çevrilmiş Zəngilan rayonunun Ağalı kəndində daha bir ilkə imza atılıb. Dekabrın 1-də Ağalı kənd tam orta məktəbində gənc şair, AYB -nin üzvü, prezident mükafatçısı Elvin Əlizadənin "-29" adlı şeirlər kitabının imza günü keçirilib.

Kulis.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Zəngilan ziyalılarından Ceyhun Həsənov gələn qonaqları salamlayıb müəlliflə bağlı maraqlı məqamları bölüşdü, tədbiri aparmaq üçün sözü şair, Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rzaya verdi.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbirə aparıcılıq edən Xəyal Rza Şərqi Zəngəzurun Azərbaycan ədəbi mühitinə bəxş etdiyi şəxslərdən, ölkənin ictimai həyatındakı əhəmiyyətindən söz açaraq Elvin Əlizadənin də mədəniyyət sahəsində göstərdiyi fəaliyyətindən bəhs etdi.

Daha sonra çıxış edən tanınmış yazıçı Əyyub Qiyas müəllifin Sumqayıt ədəbi mühitindəki rolundan, yaradıcılığındakı vətən mövzusu ilə bağlı məqamlardan danışaraq şairin "Zəngilan" şeirini səsləndirdi. Eyni zamanda müəllifi olduğu bəzi kitabları Ağalı kənd tam orta məktəbinin kitabxanasına hədiyyə etdi.

Qonaqlardan MİHİ Sumqayıt şəhər komitəsinin sədri Şahin Şəfiyev, tanınmış şair Vüqar Rahi və Babək Məmmədli müəllif haqqında fikirlərini oxucularla bölüşüb, Zəngilana ilk dəfə səfər etməyin sevincini dilə gətirdilər. Tanınmış xanəndə, "Xalq Ulduzu" yarışmasının qalibi Tural Salmanov müəllifin şeirlərinə bəstələdiyi mahnılardan ifa etməsi qonaqlar tərəfindən maraqla qarşılandı.

Daha sonra çıxış edən müəllifin atası, Ağalı kənd sakini Nurəddin Əliyev tədbirdə iştirak edən kənd sakinlərinə, Elvin Əlizadənin qələm dostlarına öz minnətdarlığını bildirdi və oğlu ilə fəxr etdiyini vurğuladı.

Aparıcı son olaraq sözü Elvin Əlizadəyə verdi. Müəllif öz şeirlərindən səsləndirdi, 2021-ci ildə Ağalı kəndinin təməlqoyma mərasimi zamanı etdiyi ilk səfər xatirələrini bölüşdü, tədbirin təşkil olunmasında əziyyəti keçən hər kəsə təşəkkürünü bildirdi.

Tədbirin sonunda müəllif kitabını oxucular üçün imzaladı və xatirə şəkli çəkildi.

# 2285 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər