"Xoşqədəmi daş-qalaq etsək..."

"Xoşqədəmi daş-qalaq etsək..."
30 oktyabr 2023
# 11:50

Kulis.az Aqşin Yeniseyin "Xoşqədəmi daş-qalaq etsək..." adlı yeni yazısını təqdim edir.

Yaşadığımız texnoloji çağın özündən əvvəlki çağlardan ən fərqli özəlliyi budur ki, bu çağda öyrədən gənclər, öyrənən qocalardır.

Z nəsli və arxasınca gələnlər texnologiyaları ana dili kimi istifadə edirlər. Karyera sonda deyil, başlanğıcda qurulur, sona yaxınlaşdıqca texnoloji inkişafla ayaqlaşa bilməyib əhəmiyyətini itirir.

Biz bu çağa da qocalıq kultu ilə daxil oluruq: Milli Elmlər Akademiyasının cəmiyyətə açılan ən gənc səlahiyyətlisinin, ölü yeri, 70 yaşı var.

Bu gün bütün strateji düşünən ölkələr "yerli proqramçıların" yetişdirilməsinə diqqət göstərir. "Yerli proqramçılarımızı" yetişdirə bilməsək, bizi yaxın gələcəkdə "milyonçunun dilənçi oğlu" aqibəti gözləyir.

Bizim qoca cəmiyyət iki gündür mədəniyyəti artıq mumiya olaraq təmsil edən bir müğənnini müzakirə edir. Səhərin gözü açılmamış mediamızdan poçtuma daxil olan sual isə budur: "Fərhad Bədəlbəylinin televiziyalar haqqında dediyi fikirlərə münasibətiniz necədir?"

Az qala, 5-ci Sənaye inqilabının baş verdiyi dövrdə biz hələ də 2-ci Sənaye inqilabının problemləri ilə məşğuluq.

Bu gün heç bir mədəni xalqın televiziya, televizor adlı problemi yoxdur.

O ancaq bizik ki, elə bilirik, cəmiyyəti televizor korlayır. Xoşqədəmi daş-qalaq etsək, hər saqqal darağımız düzələcək.

Halbuki Azərbaycanın daxili bazarına çıxan yolun şlaqbaumudur binava Xoşqədəm.
Və problemdirsə, bu artıq mədəniyyətin deyil, iqtisadiyyatın problemidir.

# 4853 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər