XIV Bakı Beynəlxalq Qısa Filmlər Festivalının qalibləri elan olundu

XIV Bakı Beynəlxalq Qısa Filmlər Festivalının qalibləri elan olundu
16 noyabr 2023
# 13:40

Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) tərəfdaşlığı ilə 10-15 noyabr tarixlərində Nizami Kino Mərkəzində keçirilən XIV Bakı Beynəlxalq Qısa Filmlər Festivalına (BBQFF) yekun vurulub.

Kulis.az xəbər verir ki, Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi ənənəvi festival Nizami Kino Mərkəzi, “Azərbaycanfilm” kinostudiyası, Dövlət Film Fondu, “British Counsil”, Azərbaycan Prodüserlər Gildiyası və Yunus Əmrə İnstitutunun dəstəyi ilə gerçəkləşib.

Noyabrın 15-də Nizami Kino Mərkəzində festivalın bağlanışı və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə Mədəniyyət Nazirliyinin məsul şəxsləri, mədəniyyət və incəsənət xadimləri, bir sıra ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, festivalın münsiflər heyətinin üzvləri, kinosevərlər və digər qonaqlar iştirak ediblər.

BBQFF-nin direktoru, Gənc Kinematoqrafçılar Mərkəzinin sədri Fehruz Şamıyev çıxış edərək qalibləri təbrik edib, onlara yeni uğurlar arzulayıb.

Mədəniyyət Nazirliyinin müşaviri Orxan Fikrətoğlu ARKA-nın fəaliyyəti haqqında məlumat verib. Kinonun sənayeləşməsinin vacibliyini qeyd edən Orxan Fikrətoğlu yaxın aylarda Türkiyə ilə birlikdə müştərək kino layihələrinin olacağını diqqətə çatdırıb.

Festival haqqında məlumat verildikdən sonra qaliblər elan olunub. Festivalın “Qızıl nar” mükafatı, həmçinin xüsusi mükafatlar və diplomları sahiblərinə təqdim edilib. Ümumilikdə 3-ü beynəlxalq, 2-si yerli olmaqla 5 film festivalın baş mükafatına – “Qızıl nar”a layiq görülüb.

Bildirilib ki, müsabiqənin beynəlxalq kateqoriyası üzrə rejissorlar Patrisio Martines və Fransisko Kantonun (Argentina) "Heç biri" filmi “Ən yaxşı bədii film” nominasiyasında qalib olub. “Ən yaxşı sənədli film” nominasiyası üzrə Nikita Lovetskinin (Qırğızıstan) “Qalina Petrovna”, "Ən yaxşı animasiya filmi" üzrə Vuk Palibrk və Tanja Brzakoviçin (Serbiya) “Fabuladakı canavar” filmləri qalib adını qazanıb.

"Ən yaxşı bədii film rejissoru" nominasiyasında "Rəfiqəm" filmi ilə Kövsər Yunis (Misir), "Ən yaxşı sənədli film rejissoru” üzrə "Üç bacı" filmi ilə İman Behruzi (İran), "Ən yaxşı animasiya filmi rejissoru” nominasiyasında isə "Cadugər-pəri" ekran işi ilə Sedrik Ayqat, Devid ven de Ueyer (Belçika-Bolqarıstan) birinci olublar.

“Ən yaxşı ssenari” nominasiyasında Yan Buynovskinin (Polşa) “Şeytan”, "Ən yaxşı montaj" üzrə Andrea Slaviçekin (Xorvatiya-İspaniya) "Dava haqqında əsl həqiqət" filmləri qalib gəliblər.

Rejissor Manuel Omontenin (İspaniya) "Teruel ətrafında" filmi “münsiflər heyətinin xüsusi mükafatı”, Nəzrin Ağamalıyevanın (Azərbaycan) "Hədis", Bahau Liunun (Çin-ABŞ) "Raket start meydançasında olanda", Evrim İncinin (Türkiyə) "Divar", Ayal Adamovun (Rusiya) "Aykuo", Aycan Qasımbəyin "Bir az sevgi" filmləri isə “münsiflər heyətinin xüsusi qeydi” mükafatlarına layiq görülüb.

Festivalın “Asiya istedadları” müsabiqəsi üzrə Əlirza Kazımpurun (İran) “Haçalanmış uclar” filmi “Ən yaxşı film” nominasiyasında qalib olub. “Ən yaxşı rejissor” nominasiyasında “Satıcının bir günü” filmi ilə Erinç Durlanık (Türkiyə), “Ən yaxşı ssenari” üzrə isə Ədalət Ömərovun (Qırğızıstan) “Toy mahnısı” filmi birinci yeri əldə edib.

Yerli müsabiqənin “Ən yaxşı bədii film” nominasiyasında Səməd Ağayevin “Salam, İsa”, “Ən yaxşı sənədli film” üzrə Kürçaylı Məmmədovun “Sabahın xeyir, Sübh anası”, “Ən yaxşı sosial çarx” nominasiyasında Vüsal Həmdullayevin “Xocalı”, “Ən yaxşı tələbə filmi”ndə Məmmədəmin Əlizadənin “Pianist” filmləri qalib olublar.

Elmar Bayramovun “Nəfəs” filmi “Ən yaxşı rejissor”, Şirin Əhmədov, Elmar Fərzəli isə “Qütb ulduzu” filmi ilə “Ən yaxşı ssenari” nominasiyasında qalib adını qazanıblar.

“Cinemobil” nominasiyasında Hüseynağa Aslanovun “Saatsaz” filmi qalib olub.

Türkiyəli rejissor Kasım Ördekin “Birlikdə, tək” filmi “Azərbaycanfilm” kinostudiyasının “Rasim Ocaqov” mükafatına layiq görülüb.

Emil Nəcəfov Azərbaycan Prodüserlər Gildiyasının “Ən yaxşı prodüser” üzrə, Gülay Babayeva isə “Arxa cəbhə” filmi ilə münsiflər heyətinin diplomlarını qazanıblar.

Sonda Səməd Ağayevin “Qızıl nar”a layiq görülmüş “Salam, İsa” filmi nümayiş etdirilib.

# 2403 dəfə oxunub

Oxşar xəbərlər

Kişilərin kölgəsində qalmış qadın rəssam:  Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

Kişilərin kölgəsində qalmış qadın rəssam: Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

18:43 3 noyabr 2026
Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

18:04 3 noyabr 2026
Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

17:43 3 noyabr 2026
Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı:  Başqa adla roman yazıbmış

Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı: Başqa adla roman yazıbmış

17:26 3 noyabr 2026
Ancelina Coli və Bred Pittin qızı  atasının soyadından imtina etdi

Ancelina Coli və Bred Pittin qızı atasının soyadından imtina etdi

16:57 3 noyabr 2026
Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

16:40 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər