Bəstəkarlar İttifaqının 85 illiyinə həsr olunmuş musiqi festivalının açılışı olub

Bəstəkarlar İttifaqının 85 illiyinə həsr olunmuş musiqi festivalının açılışı olub
26 oktyabr 2019
# 15:33

Oktyabrın 25-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Bəstəkarlar İttifaqının (ABİ) 85 illiyinə həsr olunmuş musiqi festivalının açılışı olub.

APA-nın məlumatına görə, açılış mərasimində ABİ-nin sədri, Xalq artisti Firəngiz Əlizadə çıxış edərək əsası dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən qoyulan qurumun fəaliyyəti barədə danışıb.

Bildirib ki, Azərbaycan Bəstəkarlar İttifaqı yarandığı gündən musiqi mədəniyyətinin inkişafında çox əhəmiyyətli rol oynayır. Bu təşkilatın başında həmişə böyük sənətkarlar, şəxsiyyətlər olub: “Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyətinin tənzimlənməsində, musiqi sənətimizin inkişaf etdirilib dünya miqyasında tanıdılmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətləri olub. Azərbaycan musiqi mədəniyyətinin nailiyyətləri ölkəmizin öz dövlət müstəqilliyini bərpa etməsindən sonrakı illərdə ümummilli lider Heydər Əliyevin yaradıcı şəxslərə xüsusi dəstəyi, müəlliflərin hüquqlarının qorunmasına, onların yaradıcılığı üçün əlverişli şəraitin yaradılmasına göstərdiyi böyük diqqət və qayğı sayəsində daha da artıb. Bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən beynəlxalq miqyaslı layihələrdə Azərbaycan Bəstəkarlar İttifaqı da yaxından iştirak edir”.

Yubiley münasibətilə təşkil olunan musiqi festivalı barədə danışan Firəngiz Əlizadə qeyd edib ki, oktyabrın 28-dək davam edəcək festival çərçivəsində silsilə tədbirlər keçiriləcək.

Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək Azərbaycan bəstəkarlıq məktəbinin ənənələrinin bu gün də uğurla davam etdirildiyini söyləyib. Nazir bildirib ki, Azərbaycanın müstəqilliyi dövründə bu qurumun özünün yaradıcılıq potensialını səfərbər edərək ölkənin mədəni həyatında layiqli bir yer tutması əlamətdar haldır. İttifaq Azərbaycan musiqisinin inkişafında mühüm rol oynayıb. Müxtəlif dövrlərdə bu quruma rəhbərlik edən Qara Qarayev, Tofiq Quliyev və digərləri Azərbaycan musiqisinin inkişafına dəyərli töhfələr veriblər.

Qeyd olunub ki, Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan müxtəlif festivallarda Bəstəkarlar İttifaqı da fəal iştirak edir.

Festivalın ilk günündə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor – M.Mehmandarov) müşayiəti ilə geniş konsert proqramı təqdim olunub. Festivala Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüranın səslənməsi ilə start verilib.

Gecədə Tofiq Bakıxanovun İhsan Doğramacının xatirəsinə həsr etdiyi 6 saylı “Türk Simfoniyası”, Azər Dadaşovun 13 saylı Simfoniyası – “Ad Victoriam”, Cahangir Zülfüqarovun “Ümid adası” qravüraları (solist – respublika müsabiqəsi laureatı Əminə Zülfüqarova (fleyta), Cəlal Abbasovun simli orkestr üçün “İn memoriam”u və digər əsərlər səslənib.

Qeyd edək ki, festivala Heydər Əliyev Sarayında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor – F.Kərimov), Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər – G.İmanova) və Azərbaycan Dövlət Televiziyası və Radiosunun C.Cahangirov adına Xorunun (bədii rəhbər və dirijor Ş.Ələkbərova) iştirak edəcəyi konsert proqramı ilə yekun vurulacaq.

# 2484 dəfə oxunub

Oxşar xəbərlər

Dilsiz Gülməmmədin yurda qayıdışı - "Səssiz haray"

Dilsiz Gülməmmədin yurda qayıdışı - "Səssiz haray"

21:50 1 may 2025
Xomeyni Rza şahın mavzoleyini niyə dağıtdırdı? - Dəhşətli sirrin pərdəarxası

Xomeyni Rza şahın mavzoleyini niyə dağıtdırdı? - Dəhşətli sirrin pərdəarxası

18:51 1 may 2025
Hamamda boğulub ölən qiraətçi kimdir? - Bakıda faciə

Hamamda boğulub ölən qiraətçi kimdir? - Bakıda faciə

18:31 1 may 2025
1 may günü nə olmuşdu? - Əmək Günü haqqında

1 may günü nə olmuşdu? - Əmək Günü haqqında

18:10 1 may 2025
Opera və Balet Teatrının direktor müavini vəzifəsindən azad edildi

Opera və Balet Teatrının direktor müavini vəzifəsindən azad edildi

17:15 1 may 2025
"B.Pasternak, İ.Brodski: Rus şeirində iki səs, bir əks-səda..."  - Seminar

"B.Pasternak, İ.Brodski: Rus şeirində iki səs, bir əks-səda..." - Seminar

16:45 1 may 2025
#
#
# # #