"Mədəniyyət sahəsinə marağın yüksəldilməsi" layihəsi üzrə təlimlər keçirilir

"Mədəniyyət sahəsinə marağın yüksəldilməsi" layihəsi üzrə təlimlər keçirilir
14 iyun 2016
# 11:21

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənən və “Savadlı Cəmiyyət” Müasir Təhsilə Dəstək İctimai Birliyinin bu ilin may ayından icrasına başladığı və yaxın 3 ay ərzində gerçəkləşəcək “Mədəniyyət sahəsinə marağın yüksəldilməsi” layihəsinin məqsədi gənclər arasında mədəni maarifləndirilmənin səviyyəsinin yüksəldilməsi və mədəni fəaliyyətdə iştirakçılığının artırılması üçün könüllülük fəaliyyətinin həvəsləndirilməsidir.

Layihənin məqsəd və vəzifələrinə çatmağa dəstək vermək istəyən və maraq göstərənlər arasından Fokus Qrup olaraq 60 nəfər müəyyən edildi (2 qrup, hər birində 30 nəfər olmaqla). Hazırda dinləyicilər arasında mədəni maarifləndirilmənin səviyyəsinin yüksəldilməsi və mədəni fəaliyyətdə iştirakçılığının artırılmasına və sosial-mədəni həyat tərzini təbliğinə istiqamətlənmiş işlər üçün Könüllü Qrupunun formalaşması məqsədi ilə təlimlər keçirilir. Təlimlər “Könüllülük haqqında məlumat”, “Könüllülük hərəkatının əsas üstünlükləri”, “Könüllülüyün cəmiyyətə töhfəsi”, “Ümumkönüllü bəyannaməsi”, “Könüllülü olmağın yolları”, “Könüllülüyün şəxsi karyera inkişafında rolu”, “Könüllülərin seçilim prinsipləri”, “Könüllülərin vəzifəsi və statusu”, “Əhalinin mədəni maarifləndirilmənin səviyyəsinin yüksəldilməsi mexanizmləri”, “Mədəni fəaliyyətdə iştirakçılığın artırılması yolları”, “Sosial-mədəni həyat tərzinin təbliği” mözvularını əhatə edir. Təlimlər nəzəriyyə və praktik hissədən ibarət olacaq. Nəzəriyyə hissəsində dinləyicilərə yuxarıda göstərilən mövzular ətrafında geniş məlumat verilir, bilik interaktiv yollar, metodlar, müxtəlif oyunlar vasitəsi ilə çatdırılır. Təlimlərdə iştirak etmiş şəxslər üçün mövzu üzrə fikirləri və meyarları özündə cəmləyən kiçik formatlı məlumat toplusu kimi hazırlanmış Yaddaş Bukleti də təqdim olundu. Bu təlimlərdən sonra onlara lazım olduqda məlumat almaq üçün köməkçi vasitə kimi istifadə etməyə imkan yaradacaqdır.

Layihənin növbəti mərhələsində formalaşan Könüllü Qrupları təlimlər zamanı əldə etdikləri nəzəri bilikləri praktik tətbiqi üçün təbliğat fəaliyyətlərinin təşkil edilməsini həyata keçirəcəklər. Bu zaman onlar əhali arasında mədəni maarifləndirilmənin səviyyəsinin yüksəldilməsi və mədəni fəaliyyətdə iştirakçılığının artırılmasına çalışacaq, bu sahədə fəaliyyətin həvəsləndirilməsi üzrə görüşlər keçirəcəklər. Bundan əlavə Könüllü Qrupunun üzvləri və təbdirin mütəxəssisləri tərəfindən təbliğat aparılan ərazilərdə yeniyetmə və gənclər arasında xüsusi istedadlı və yaradıcı şəxslər müəyyən ediləcəkdir. Sonra onlarla müvafiq işlər aparılacaq və tədbirə cəlb olunan mütəxəssislər kurslar keçirərək yeniyetmə və gənclərə müxtəlif əl işlərinin hazırlanma metodları nəzəri formada öyrədəcəklər. Daha sonra bu biliklər praktik olaraq həyata keçiriləcək və bu cür bacarıqları olan yeniyetmə və gənclər gələcəkdə tədbir çərçivəsində təşkili planlaşdırılan sərgiyə müxtəlif ölçülü və formalı əl işləri hazırlayacaqlar. Kurslar zamanı hazırlanmış əl işlərindən ibarət sərgi təşkil olunacaq. Sərgiyə dəvət edilən müxtəlif qonaqlara oradakı işlərin müəllifləri tanış etmək, onların gələcək fəaliyyətlərinə dəstək olmağa yardım olmaq nəzərdə tutulub.

Sözügedən layihədə qaldırılan problemin həlli “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın “2.2. Mədəniyyətin idarə olunmasında müasir üsulların tətbiqi” bəndindəki “Qeyri-hökumət təşkilatları və özəl sektorla əməkdaşlığın həyata keçirilməsi, milli mədəni özünəməxsusluğun və çoxşaxəliliyin, multikulturalizmin qorunub saxlanılması, fərdi təşəbbüslərin təşviq edilməsi və layihələrin həyata keçirilməsi məqsədi ilə mədəniyyət sahəsində davamlı liberallaşmanın aparılması” və eləcə də, həmin Konsepsiyanın “2.5 Təhsil və insan resurslarının inkişafı” bəndindəki “mədəniyyət sahəsində təhsil, o cümlədən əlavə təhsil sisteminin təkmilləşdirilməsi,” və “müsabiqə, sərgi, festival və digər tədbirlərin təşkili yolu ilə gənc istedadların üzə çıxarılması işinin davam etdirilməsi” istiqamətləri üzrə nəzərdə tutulanların icrasına töhfə vermiş olacaq.

# 2635 dəfə oxunub

Oxşar xəbərlər

Zəfər Günü münasibətilə  Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

16:49 31 oktyabr 2026
Raye “Mercury Prize”  qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

Raye “Mercury Prize” qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

15:30 31 oktyabr 2026
MaklmorUN Fələstinə dəstək  konsertində 13 min nəfər iştirak etdi

MaklmorUN Fələstinə dəstək konsertində 13 min nəfər iştirak etdi

15:00 31 oktyabr 2026
Cey-Z  "Super Bowl"un fasilə şousunda çıxış edəcək

Cey-Z "Super Bowl"un fasilə şousunda çıxış edəcək

14:30 31 oktyabr 2026
Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

14:00 31 oktyabr 2026
Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı –  Ailə daxilində mübahisə yarandı

Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı – Ailə daxilində mübahisə yarandı

13:00 31 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər