Su həyəcanı: "Whatsap"dakı səsin sahibi kim idi?

Su həyəcanı: <span style="color:red;">"Whatsap"dakı səsin sahibi kim idi?
12 iyun 2017
# 12:45

İki gün əvvəl həyəcanlı bir su şənbəsi yaşadıq. “Uşaqlar -zəhrlənmə - su” kəlmələrinin stressi ilə yayın bu istisində dirilik suyuna çevrilən “krant suyu”nu qorxa-qorxa açdıq.

Hər kəs bir açıqlama gözləyirkən gün keçdi. Amma biz o sudan içdik, işlətdik. Yeganə su mənbəyimiz həmin o qorxulu su, yeganə xəbər mənbəyimiz isə, Whatsapdakı həyəcanlı səs oldu.

Xəstəxanalara yatırılmış 119 uşağın nədən zəhərləndiyi haqda gün boyunca dəqiq məlumat verən olmadı.

İki hidrogen bir oksigen atomunu birləşdirib su almaq haqda düşündüyümüz saatlarda xəbərlər çıxmağa başladı.

“Ola bilər ki, boruların yararsızlığından içməli suya çirkab suları qarışsın” deyən Azad İstehlakçılar Birliyinin sədri əlahiddə bir məlumat da verdi:

“İnsan sağlamlığı üçün hansı suyun: qaynadılmış, çiy, filtirdən keçirilmiş və ya çay-bulaq suyunun daha faydalı olması elmə hələ də tam aydın deyil. Mən özüm neçə dəfə beynəlxalq konfranslarda bu məsələnin müzakirələrində iştirak etmişəm. İnsan orqanizmləri fərqli olduğu üçün hansı suyun ona daha faydalı olacağını əvvəlcədən iddia etmək yanlışdır.”

Məlumat aclığı keçirən su istehlakçısı burdan belə bir ayrıntı da çıxara bilər: “Guya təmiz su xeyirlidir ki? Bəlkə elə çirkab suları qarışmış su özü daha yaxşıdır, vitaminlidir.”

Bu artıq dəqiq xəbər yerinə verilən xəbərin emalıdır.

Əlbəttə, rəsmilər bizi xəbəri düzgün emal etməməkdə suçlayacaqlar. Eybi yoxdur. Onlar da suyu düzgün emal etdiklərindən əmin deyillər.

Həm də bilmək olmaz filtrdən keçmiş xəbər, yoxsa qaynadılmış xəbər, yoxsa əsas mənbədən gələn xəbər daha faydalıdır. Mən özüm bir beynəlxalq konfransda olmuşam, orda hamı xəbəri özü süzürdü.

Qaldı digər vacib mənbələrə, məsələn Səhiyyə Nazirliyinə...

Artıq yediyimizi yeyib-içdiyimizi içmişik.

Xəbəri də özümüzdən gözləyirik....

Whatsappdakı səsi sahibinə gəlincə, bir mədəniyyət portalının yazarı kimi nə deyə bilərəm, dostlar?

Yalnız bunu: sözün də su kimi lətafəti var!

# 3684 dəfə oxunub

Oxşar xəbərlər

Rassel Brendin məhkəmə prosesi başladı: Aktyora qarşı altı qadının şikayəti araşdırılır

Rassel Brendin məhkəmə prosesi başladı: Aktyora qarşı altı qadının şikayəti araşdırılır

17:30 14 oktyabr 2026
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat etdi

Əməkdar jurnalist Ənvər Qafarlı vəfat etdi

16:53 14 oktyabr 2026
Əfsanəvi müğənni 62 ildən sonra ABŞ vətəndaşı oldu

Əfsanəvi müğənni 62 ildən sonra ABŞ vətəndaşı oldu

16:40 14 oktyabr 2026
Həbsxanada qəza:  Qalmaqallı repçi P. Diddy  xəstəxanalıq oldu

Həbsxanada qəza: Qalmaqallı repçi P. Diddy xəstəxanalıq oldu

15:40 14 oktyabr 2026
Ulduzların iştirak etdiyi müzikl yenidən səhnəyə qayıdır

Ulduzların iştirak etdiyi müzikl yenidən səhnəyə qayıdır

15:16 14 oktyabr 2026
Türkiyəli məşhur müğənni vəfat etdi

Türkiyəli məşhur müğənni vəfat etdi

14:30 14 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər