Sevgilini unutmağın on yolu ZƏMANƏTLİ

Sevgilini unutmağın on yolu <span style="color:red;">ZƏMANƏTLİ
21 iyul 2016
# 11:45

Sevmək, sevilmək qədər unutmaq da zəhmət istəyir. Üstəlik, sevmək və sevilməklə bağlı ortalıqda milyonlarla mahnı, film, şeir ola-ola unutmaqla bağlı material o qədər azdır ki… Bu boşluğa kiçik bir töhfə vermək üçün “Sevgilini unutmağın on yolunu” hazırladıq. Ümid edirik ki, unudarsınız.

1. Bərabər yaşayırsınızsa ağıllı olun və evi siz tərk edin. İnanın ki, ətrafında sizə aid onlarla əşya görməsi onun üçün ən böyük əzab olacaq. Ya da olmasın, fərq etməz. Siz həmişə özünüzün daha çox sevdiyinə inanmısınız və buna görə də hər küncə onun xatirələri tökülən ev sizin üçün cəhənnəmdən bir bucaqdır. Ona görə də unutmağa məkan dəyişikliyindən başlayın. Zaman isə zatən sizin xeyrinizədir.

2. Kədərli mahnıları həyatınızdan çıxardın. Xüsusən də kədərli mahnıları onunla birgə dinləmisinizsə bu ikiqat əzab verəcək.

3. Bərabər getdiyiniz ictimai yerləri, kinoteatrları, kafeləri, parkları dəyişdirin. Səhv buraxmayın.

4. Sosial media hesablarınızda çox diqqətli olmalısınız. Ultrasevincli fotolar, statuslar sizin rol oynadığınız qənaəti yaradacaq. Kədərli statuslar, damar mahnılarla insanların gözünə aciz bir görünəcəksiniz. Ən yaxşısı müvəqqəti bağlamaqdır. Mümkün deyilsə Amerikanın Yaxın Şərq siyasəti ilə bağlı məqalələr paylaşmaq ən zərərsiz yoldur.

5. Bir gün ona qarşı qəzəbli olacaqsınız. Keçicidir. Sabahısı gün sevgi duya bilərsiniz. O da keçicidir. Keçid dövründə hər şey keçicidir.

6. Yeni hobbilər tapın, yeni insanlarla görüşün. İlk günlərdə sizə sıxıcı gələn yeniliklər daha sonra həyatınızın rənginə çevriləcək.

7. Müvəqqəti münasibətlərə açıq olun, lakin daimi münasibətə lövbər atmayın. Canavar dişlərindən xilas olub kərgədan buynuzuna ilişməyin.

8. Unutmaq bir prosesdir. Bir anda insan heç nəyi unuda bilməz. Bir anda xatırlayar, lakin növbəti dəqiqədə Whatsapp mesajı fikrinizi dağıdar. Sadəcə səbirli olmaq lazımdır.

9. İçkinin ağrıları azaltdığı barədə olan şəhər əfsanələrinə inanmayın. Siz indi altşüurunuzla düşmənsiniz, ona görə də altşüurunuza rahatlamaq imkanı verməyin. Bir gecə ona zəng vurub sarsaq-sarsaq danışa bilərsiniz.

10. Yenə bu şəhərdə üz-üzə gələrsiniz, neyləyək ki, ayrıca şəhəriniz yoxdur. Ona qarşı böyük sevgi göstərməyəcəyinizi bilirsiniz, əlbəttə, lakin nifrət, aqressiya da yersizdir. Özünüzü elə aparın ki, sanki orta məktəbdən bir tanışınızı görmüsünüz. Nə artıq, nə əskik…

BONUS: Unutmaq ən yaxşı intiqamdır! Borxes

# 3032 dəfə oxunub

Oxşar xəbərlər

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

17:46 14 noyabr 2026
“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon”  ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon” ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

16:55 14 noyabr 2026
Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

16:01 14 noyabr 2026
Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

13:16 14 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər