"Facebook"da plagiat rəzilliyi - Salam Sarvan yazır...

"Facebook"da plagiat rəzilliyi - Salam Sarvan yazır...
6 noyabr 2019
# 21:00

Kulis.az Salam Sarvanın "Kim kimdən oğurlayıb" yazısını təqdim edir.

Düzü, Azərbaycan ədəbi mühitində yazarların bir-birini oğurluqda suçlamasının çox şahidi olmuşam. Hətta Orta Asiyada yaşayan bir şairimiz durub oradan bura dostum Rüstəm Behrudiylə “razborkaya” da gəlmişdi ki, guya “Salam, dar ağacı” şeirini Rüstəmdən qabaq o yazıb. Sonra məlum oldu ki, həmin adam 20 ildir, ayda bir dəfə təyyarəyə minib gəlir Bakıya ki, nəhayət, bu məsələnin axırına çıxsın. Vay-vaay.

Düzü, mən özüm də, bəzi şeirlərimdən bəzi misraların günün günorta çağı yoxa çıxmasıyla bağlı bir dəfə həyəcan siqnalı, iki dəfə də həyəcan təbili çalmışam. O da oğurluq eləyənlərin artıq lotuluq eləməyə başladığını görəndə. Yoxsa işim-gücümmü qurtarıb?! Bütün kitabımı plagiat eləyələr ha, cınqırımı çıxarsam, heç öz payıma şair deyiləm.

Düzü, "Facebook"da da bu məsələ üzrə hər gün qırğın-qıyamat. İndi şair-şüür çox olduğundan hamısının adı yadda qalmır deyə məğzi deyirəm getsin: Məsələn, biri qışqırır ki, “Sənsiz BU dünyanı neynərəm, gülüm” misrasını ondan oğurlayıblar. Başqası bağırır ki, bu misranın özü də onun “Sənsiz O dünyanı neynərəm, gülüm” misrasının plagiatıdır.

Düzü, mən bu mübahisəyə qoşulsaydım, onu belə çözərdim. Əvvala, hər iki misradakı “dünya” heç Süleymana da qalmadığından heç kimin, yəni bu şairlərin heç birinin ola bilməz. Hər iki misradakı “gülüm”lə bağlı dava-dalaş olmasın deyə, zəhmət çəkib hərə öz “gülünün” adını yazsın: məsələn, qızılgülüm, qərənfilim, inciçiçəyim, novruzgülüm, zanbağım, qaymaqçiçəyim, itburnum... “Gülüm”ün adı məlum olandan sonra hər iki misradakı “sənsiz”lə məsələ öz-özünə həll olunur.

Düzü, bircə qalır misranın birində “O”nun, o birində “BU”nun olmasına ki, burada da problem yox: əşşi, nə fərqi var, o olmasın, bu olsun.

# 3959 dəfə oxunub

Oxşar xəbərlər

Zəfər Günü münasibətilə  Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

16:49 31 oktyabr 2026
Raye “Mercury Prize”  qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

Raye “Mercury Prize” qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

15:30 31 oktyabr 2026
MaklmorUN Fələstinə dəstək  konsertində 13 min nəfər iştirak etdi

MaklmorUN Fələstinə dəstək konsertində 13 min nəfər iştirak etdi

15:00 31 oktyabr 2026
Cey-Z  "Super Bowl"un fasilə şousunda çıxış edəcək

Cey-Z "Super Bowl"un fasilə şousunda çıxış edəcək

14:30 31 oktyabr 2026
Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

14:00 31 oktyabr 2026
Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı –  Ailə daxilində mübahisə yarandı

Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı – Ailə daxilində mübahisə yarandı

13:00 31 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər