Bakıda incəsənət əsərlərinin auksionu keçiriləcək

Bakıda incəsənət əsərlərinin auksionu keçiriləcək
29 oktyabr 2019
# 12:36

Noyabrın 7-də saat 12-da “Hilton Baku” otelində incəsənət əsərlərinin növbəti auksionu keçiriləcəkdir.

Kulis.az-ın Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, auksion respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini inkişaf etdirmək, alıcı və satıcılar arasında əlaqə qurmaq, art biznes sahəsində rəqabət qabiliyyətini gücləndirmək məqsədi ilə həyəta keçirilir.

Xatırladaq ki, cari ilin 21 may tarixində “Auction Baku” MMC tərəfindən Azərbaycanda ilk dəfə keçirilən auksion ictimaiyyətdə böyük maraq yaratmış və Azərbaycan iqtisadiyyatında yaradıcı sənayenin rolu və gələcək inkişaf perspektivləri nəzərə alınaraq yenidən keçirilməsi qərara alınmışdır.

Hərrac incəsənət əsərlərinin, əntiq əşyaların, qədimi mebellərin, musiqi alətlərinin, saatların, zərgərlik məmulatlarının, xalça və xalçaçılıq məmulatlarının, nadir şərabların ixtisaslaşdırılmış auksionunu nəzərdə tutur.

Qeyd edək ki, auksion Mədəniyyət Nazirliyi, “Auction Baku” MMC şirkəti və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə birgə keçiriləcək.

# 4068 dəfə oxunub

Oxşar xəbərlər

Mətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi

Mətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi

17:45 14 sentyabr 2026
“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyası

“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyası

17:30 14 sentyabr 2026
Şeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi

Şeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi

17:22 14 sentyabr 2026
Parisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandı

Parisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandı

17:00 14 sentyabr 2026
ADMİU-da İncə və Sənət təqdim edildi

ADMİU-da İncə və Sənət təqdim edildi

16:40 14 sentyabr 2026
Məhəmmədhüseyn Şəhriyarın  “Heydərbabaya salam” poeması özbək dilində

Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində

16:10 14 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər