Dünyanın ən çox satılan kitabı Azərbaycan dilində

Dünyanın ən çox satılan kitabı Azərbaycan dilində
23 oktyabr 2019
# 17:40

TEAS Press” Nəşriyyat Evi “Hər bir autizmli uşağın bilməyinizi istədiyi on fakt” kitabını nəşr edib.

Nəşriyyat Evindən APA-ya verilən məlumata görə, dünya üzrə milyonlarla nüsxəsi satılan “Hər bir autizmli uşağın bilməyinizi istədiyi on fakt” autizmli bir uşağın dilindən deyilərək, anası tərəfindən yazılmış bir kitabdır. Bu ana isə, haqqında danışılan kitabın müəllifi, amerikalı yazıçı Ellen Notbohmdur.

Kitab ilk dəfə olaraq "TEAS Press" Nəşriyyat Evi tərəfindən dilimizə tərcümə edilərək, insanları autizm barədə maarifləndirmək və ətrafımızda olan autizmli uşaqlara qarşı daha anlayışlı olmağı öyrədir.

Oktyabrın 26-da saat 14:00-da "Elmlər Akademiyası" metrostansiyası ilə üzbəüz yerləşən “Libraff” kitab mağazasında “On Fakt” kitabının təqdimatı keçiriləcək.

Tədbirdə klinik-psixoloq Narınc Rüstəmova, həkim-psixiatr Araz Manuçöhri Lalei və nevroloq Aynur Zeynalova iştirak edəcək. Kitabın ixtisas redaktoru Narınc Uşaq Psixologiya Mərkəzinin rəhbəri Narınc Rüstəmovadır.

Təqdimat günü kitab əldə edən hər kəsə Narınc Uşaq Psixologiya Mərkəzi tərəfindən “Autizm şiddətinin ölçülməsi” testi hədiyyə olunacaq.

“Hər bir autizmli uşağın bilməyinizi istədiyi on fakt” kitabının təqdimatı gününə giriş sərbəstdir.

# 4447 dəfə oxunub

Oxşar xəbərlər

Mətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi

Mətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi

17:45 14 sentyabr 2026
“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyası

“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyası

17:30 14 sentyabr 2026
Şeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi

Şeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi

17:22 14 sentyabr 2026
Parisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandı

Parisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandı

17:00 14 sentyabr 2026
ADMİU-da İncə və Sənət təqdim edildi

ADMİU-da İncə və Sənət təqdim edildi

16:40 14 sentyabr 2026
Məhəmmədhüseyn Şəhriyarın  “Heydərbabaya salam” poeması özbək dilində

Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində

16:10 14 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər