Bakıda Beynəlxalq Teatr Festivalının açılışı olub

Bakıda Beynəlxalq Teatr Festivalının açılışı olub
11 oktyabr 2019
# 11:20

Oktyabrın 10-da “YARAT” Müasir İncəsənət Məkanında 3-cü M.A.P. Beynəlxalq Teatr Festivalının açılış mərasimi olub.

Oktyabrın 20-dək davam edəcək festival “YARAT” Müasir İncəsənət Məkanının “Bakcell” şirkəti ilə tərəfdaşlığı çərçivəsində reallaşır.

Tədbiri “YARAT” Müasir İncəsənət Mərkəzinin bədii direktoru Suad Qarayeva-Maleki açaraq festival barədə məlumat verib. Bildirib ki, M.A.P. Festivalı (Music, Art, Performance – terminlərin abreviaturası) tamaşaçı auditoriyalarına müasir teatr formalarının geniş spektrini araşdırmağa kömək etmək məqsədilə, teatr sənətinin fərqli formalarını bir araya gətirən ünsiyyət, təhsil, bilik və təcrübə mübadiləsi platformasıdır. “Əvvəlki iki buraxılışda olduğu kimi bu dəfə də festival şəhərin əsas teatr səhnələrini əhatə edəcək və auditoriyanı son bir neçə ildə rəğbət qazanmış ən cəsur və maraqlı tamaşalarla tanış edəcək. Proqrama dram, müasir rəqslər, fiziki teatr və kukla tamaşalarından tutmuş klounada və sirk elementlərinə malik musiqili tamaşalara qədər ən müxtəlif janr və istiqamətləri təmsil edən 9 ölkədən 18 tamaşa daxildir.

Bu il festivalda Y.Vaxtanqov adına Dövlət Akademik Teatrı (Rusiya), “AXE” Mühəndis Teatrı (Rusiya), “Priyut komedianta” Teatrı (Rusiya), “Kukolniy dom” Teatrı (Rusiya), “Yeni Riqa” Teatrı (Latviya), Akademik Malıy Dram Teatrı – Avropa Teatrı (Rusiya), “Devid Espinoza Kukla” Teatrı (İspaniya), “OLE!” kollektivi (İspaniya / Böyük Britaniya), “WHS” Teatrı (Finlandiya), dünyaca məşhur “Kibbutz” Müasir Rəqs kollektivi (İsrail), “Sardegna” Teatrı (İtaliya), “Atelye” Teatrı (Rusiya), “Puppet Cinema” kollektivi (İsrail) və “Recirquel” şirkəti (Macarıstan) iştirak edəcək” - deyə Suad Qarayeva-Maleki qeyd edib.

“Bakcell” şirkətinin baş icraçı direktoru Rainer Rathgeber festivala dəstək olmaqdan məmnunluğunu ifadə edib; “Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan “Bakcell” artıq üçüncü ildir ki, M.A.P. Festivalının baş sponsoru və əsas tərəfdaşıdır. “Bakcell” Azərbaycanda mədəniyyətin və incəsənətin inkişafına, gənc nəsil arasında mənəvi dəyərlərin təbliğinə töhfə vermək üçün əlindən gələni edir və bundan sonra da bu təşəbbüsləri dəstəkləməyə hazırdır.”.

Festivalın bədii direktoru Kamran Şahmərdan bildirib ki, festival proqramında onun qonaqlarının təqdimatı ilə çox sayda mühazirə və ustad dərsləri yer alacaq. “Biz teatr istiqamətləri arasındakı sərhədləri silərək klounadadan və fiziki teatrdan opera, balet və audiovizual ifalara qədər ifa sənətinin bütün növlərini əhatə edən, fərqli parlaq rənglərdən ibarət festival palitrasını nümayiş etdirmək istəyirik. Bununla biz teatr aləminin müasir tendensiyalarını nəzərə alaraq Azərbaycan tamaşaçısını yeni ideyalarla təəccübləndirmək və onlara müxtəlif teatr növləri arasında seçim etmək imkanı vermək arzusundayıq. Festivalımızın əsas məqsədi – sizə sevimli teatr janrınızı seçmək imkanı verməkdir.”

Tədbirdə “Priyut komedianta” Teatrının direktoru Viktor Minkov və rejissoru Mixaıl Bıçkov çıxış edərək festival barədə öz fikirlərini bölüşdülər.

Daha sonra tədbir iştirakçıları M.A.P. Festivalının keçirildiyi 3 il ərzində səhnələşdirilmiş bütün tamaşaların afişalarından ibarət sərgi ilə tanış olublar. /azertag.az/

# 1943 dəfə oxunub

Oxşar xəbərlər

Xalq şairi Nəriman Həsənzadənin son vəziyyəti

Xalq şairi Nəriman Həsənzadənin son vəziyyəti

16:32 27 dekabr 2025
Gör, özüm hardayam, ürəyim harda... - Gürcü şairin Naxçıvan xanının qızına yazdığı şeir

Gör, özüm hardayam, ürəyim harda... - Gürcü şairin Naxçıvan xanının qızına yazdığı şeir

16:00 27 dekabr 2025
Qazax rejissorun serialını yayım platformaları rədd etdi

Qazax rejissorun serialını yayım platformaları rədd etdi

15:30 27 dekabr 2025
Qlobal mədəni ikon Eyfel qülləsi haqqında maraqlı faktlar

Qlobal mədəni ikon Eyfel qülləsi haqqında maraqlı faktlar

14:40 27 dekabr 2025
Azərbaycanın ilk qadın rejissorlarından biri  haqqında aktyor həyat yoldaşı nə yazırdı?

Azərbaycanın ilk qadın rejissorlarından biri haqqında aktyor həyat yoldaşı nə yazırdı?

14:00 27 dekabr 2025
"Quran"ın türkcə tərcüməsini yandıran şair - O, niyə mükafatdan imtina etmişdi?

"Quran"ın türkcə tərcüməsini yandıran şair - O, niyə mükafatdan imtina etmişdi?

13:30 27 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər