Xalq yazıçısının 100 illik yubileyi qeyd olunub

Xalq yazıçısının 100 illik yubileyi qeyd olunub
10 oktyabr 2019
# 09:42

Oktyabrın 9-da Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Azərbaycan nəsrinin inkişafında böyük xidmətlər göstərən Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə metodika və biblioqrafiya şöbəsinin böyük metodisti İradə Hüseynova çıxış edərək Prezident İlham Əliyevin “Hüseyn İbrahimovun 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamını xatırladıb. Bildirib ki, görkəmli yazıçının yaradıcılığı yüksək qiymətləndirilib, onun ədəbi mühitin formalaşmasında xidmətləri layiqincə dəyərləndirilib.

Metodika və biblioqrafiya şöbəsinin müdiri Aysel İsmayılova Hüseyn İbrahimovun həyat və yaradıcılığı, yazıçının Azərbaycan Yazıçılar Birliyinin Naxçıvan bölməsində əvəzsiz xidmətləri haqqında danışıb.

Tədbirdə 53 nömrəli tam orta məktəbin şagirdləri yazıçının povest və hekayələrindən parçalar söyləyiblər.

Xalq yazıçısı Hüseyn İbrahimova həsr olunmuş videoçarx nümayiş olunub.

Sonda “Hüseyn İbrahimov - 100” adlı sərgiyə baxış keçirilib.

# 3345 dəfə oxunub

Oxşar xəbərlər

Kadir İnanır vəfat etdi

Kadir İnanır vəfat etdi

20:30 26 iyun 2026
Onun portreti 1.7 milyon dollara satıldı

Onun portreti 1.7 milyon dollara satıldı

15:22 26 iyun 2026
Mehriban Nağıyevanın “O sehrli söz” kitabı işıq üzü gördü

Mehriban Nağıyevanın “O sehrli söz” kitabı işıq üzü gördü

14:25 26 iyun 2026
“Azərbaycan ordusu: Şücaət və qələbə”  adlı tədbir təşkil edildi

“Azərbaycan ordusu: Şücaət və qələbə” adlı tədbir təşkil edildi

12:39 26 iyun 2026
Cahangir Cahangirovun 105 illiyi münasibətilə musiqi axşamı

Cahangir Cahangirovun 105 illiyi münasibətilə musiqi axşamı

11:38 26 iyun 2026
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 108 il ötür

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 108 il ötür

11:00 26 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər