Səmranın geyimi niyə aqressiya yaratdı? – SORĞU

Səmranın geyimi niyə aqressiya yaratdı? – <span style="color:red;">SORĞU
13 may 2016
# 17:18

Son vaxtlar sosial şəbəkələrdə bir mövzu müzakirə mövzusunda çevrilib. “Evrovision” mahnı yarışmasında ölkəmizi təmsil edən Səmra Rəhimlinin açıq-saçıq geyimi qəzəblə qarşılanıb. Bu aqressiyanın, qəzəbin səbəbi nədir? Nəyə görə bir müğənninin geyimi cəmiyyət tərəfindən bu qədər mənfi qarşılanır? Bunun psixoloji səbəbi varmı? Qadınlar qısqanclıqdanmı Səmra Rəhimliyə qəzəblidirlər? Bəs kişilərin aqressiyası nədən qaynaqlanır?

Kulis.az bu barədə sorğu keçirdib. Cavabları təqdim edirik.

Orxan Fərəcli (psixiatr): “Bu cəmiyyət üçün yeni deyildi əslində. Biz başqa müğənnilərdə də zaman-zaman bənzər halın şahidi olmuşuq. Amma bu qədər geniş aqressiya ilk dəfəydi müşahidə olunurdu. Məncə, bu qədər kəskin qabarmasına səbəb baş verən son hadisələr idi. Vətənpərvərlik, millətçilik ruhunun yüksəkdə olduğu bu məqamlarda sanki insanlarımız mental dəyərlərini daha çox qorumağa özünü borclu hiss edirdi. Bu məsələni qadın qısqanclığı, kişi aqressiyası prizmasından daha fərqli baxılmasını istərdim. Fikir verirsinizsə həm qadınlar, həm kişilər çox fərqli mövqelərdə idi. Xüsusi bir psixoloji amil yoxdur. Hər kəs öz dünya görüşünə, intellektinə uyğun reaksiya verdi. Yəni bu hadisə yeni düşüncə, fərqli baxış gətirmədi”.

Vəfa Vaqifqızı (psixoloq): “Qadınların qısqanclığından söhbət gedə bilməz burda. Əslində bunun kökündə bizim xislətimiz, mental dəyərlərimiz durur. Yəni bu hiss bizim qanımızda, canımızda yaşayır. Həmişə düşünürük ki, kimlərəsə nümunə olmalıyıq. Aqressiya da burdan başlayır. Qadınlar var, qısqanır, ancaq bu cüzidir. Azərbaycanlı xanımlar zatən gözəl olurlar. Hətta Səmra xanımı dəstəkləyən, onun tərəfində duran xanımlar da var idi. Bu cür münasibət bizdə etno psixologiyadan irəli gəlir. Fransız bir xanım bayrağı qaldırsaydı heç vaxt belə reaksiyalar olmayacaqdı. Nə qədər müasir olsaq da, yenə də öz kökümüzdən uzaqlaşa bilmirik. Tabuları qorumaq istəyirik, çərçivələrdən çıxmaqda acizik. Nə qədər müasir düşüncəyə sahiblənsək də, qarşımızdakı baryerləri aşa bilmirik. Səmra xanım da özü çox cazibədar qadındır, o geyim də onu bir az da cazibədar göstərib. Beləliklə, iki tərəf, həm qadınlar, həm kişilər etno psixologiyadan gələn qəzəblə onu qınayıblar. İnsanlar emosiyaya qapılıb. Eyni reaksiya başqa müğənnilərimizə də olub. Ancaq insan psixologiyası ildən ilə dəyişir. Son illər cəbhə bölgəsində baş verən hadisələr xalqımızda qeyrət, vətənpərvərlik hissini artırdı. İndi hamıda vətənpərvərlik hissi qabarıqdır. Səmra xanımın da belə bir vaxtda açıq-saçıq geyimdə bayrağı qaldırmağı bu hadisələrlə üst-üstə düşdü, insanların vətənpərvərlik hissinə toxundu”.

Elnur Rüstəmov (psixoloq): “Bu məsələnin birinci səbəbi etno psixologiyadan irəli gəlir. Bizim düşüncəmizə görə uzun paltar geyinən, qapalı geyinən xanımlar əxlaqlı və mənəviyyatlı olur. Əksinə, qısa geyinənlərin isə əxlaqında problem var. Halbuki uzun geyinmək, ya da qısa geyinmək əxlaqa, mənəviyyata dəlalət etmir. Özü də biz inteqrasiya olunmuş cəmiyyətdə yaşayırıq. Sadəcə bu məsələdə şüur altında belə bir təsir var. Yəni bizi Avropaya belə təqdim etməyin. Hətta bəzilərinə qalsa deyərdilər ki, Səmra başını bağlayıb səhnəyə çıxmalıdır. Ancaq hər mahnı yarışmasının öz prinsipi və tələbləri var. Səmranın açıq-saçıqlığını aqressiya ilə qarşılayanlar onu uzun paltarda, qapalı paltarda görsələr, fikirlərindən daşınacaqdılar. Halbuki Səmra xanımın bu geyimi onun əxlaq və mənəviyyatı haqqında fikir yürütməyimizə şərait yaratmamalıdır. Biz gərək tolerant davranmalıyıq. Ancaq indi kimin ağzına nə gəlirsə onu da danışır. Uzun geyinən xanıma isə müsbət tərəfdən danışırlar. Bu təbii ki, kütlə psixologiyasından irəli gəlir. Cəmiyyət bir nəfərin qismində təqdim olunur və adamlar arasında münasibəti dəyişir. Onları bir-birinə qarşı çıxarır, tərəflər arasında mübahisələr yaradır. Bu məsələnin mahiyyətidir. Təzahürlərə gəlsək, burda qadın qısqanclığından da söhbət gedə bilər. Aqressiyanın bir səbəbi də qadın kompleksidir. Qadınlar qısqanclıq, paxıllıq edirlər. Yəni özlərini Səmra kimi görmədiklərindən ona qarşı aqressiyaları yaranır. Ancaq düşünürəm ki, Səmra xanım bütün bunları gözə alaraq səhnəyə çıxıb”.

# 2707 dəfə oxunub

Oxşar xəbərlər

​"Bu məsələ xaricdən sızdırılır, dövlətə güc göstərilir" – Hicab qalmaqalının pərdəarxası

​"Bu məsələ xaricdən sızdırılır, dövlətə güc göstərilir" – Hicab qalmaqalının pərdəarxası

14:50 11 oktyabr 2026
Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər