Şəhid şairin xatirəsinə müsabiqəsi elan olunub

Şəhid şairin xatirəsinə müsabiqəsi elan olunub
31 oktyabr 2019
# 17:55

“525-ci qəzet” 20 Yanvar şəhidi, şair Ülvi Bünyadzadənin anadan olmasının 50 illiyi münasibətilə vətənpərvərlik mövzusunda şeir və esse müsabiqəsi elan edir.

Müsabiqədə yalnız 35 yaşına qədər gənclər iştirak edə bilərlər.

I yer üçün 1 nəfər: (300 manat);

II yer üçün 3 nəfər: (200 manat);

III yer üçün 5 nəfər: (100 manat).

Hər müəllif yalnız bir esse və ya şeir təqdim edə bilər. Esselərin həcmi 10 min işarədən artıq olmamalıdır.

Təqdim olunan əsərlər daha əvvəl heç bir yerdə dərc edilməməlidir.

Sentyabrın 23-dən başlanan müsabiqə dekabrın 1-dək davam edəcək. Mükafatlandırma mərasimi 20 Yanvar faciəsinin ildönümü, mərhum şairin anım günü ərəfəsində baş tutacaq.

Əsərlər müsabiqənin ekspertlərinə təqdim olunacaq. Ekspert heyəti tərəfindən seçilən ən yaxşı mətnlər kitab halında dərc ediləcək. Münsiflər heyəti bu mətnlərin içərisindən qalibləri müəyyən edəcək. Qaliblərə diplomlar və pul mükafatları təqdim olunacaq.

# 3406 dəfə oxunub

Oxşar xəbərlər

“Sarı köynək”: Aşıq Ələsgər irsi yeniyetmələr üçün yeni kitabda

“Sarı köynək”: Aşıq Ələsgər irsi yeniyetmələr üçün yeni kitabda

17:53 6 mart 2026
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub

"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub

16:11 6 mart 2026
Orkestrin növbəti konserti Beynəlxalq Qadınlar Gününə  həsr olundu

Orkestrin növbəti konserti Beynəlxalq Qadınlar Gününə həsr olundu

14:30 6 mart 2026
Hacıbaba Hüseynovun zəngin muğam irsinə həsr olunan musiqi axşamı

Hacıbaba Hüseynovun zəngin muğam irsinə həsr olunan musiqi axşamı

14:00 6 mart 2026
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı oldu

Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı oldu

13:30 6 mart 2026
Məşhur seriyadan iki yeni kitab çap olunacaq

Məşhur seriyadan iki yeni kitab çap olunacaq

12:00 6 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər