Milli azlıqların antologiyası təqdim olunub

Milli azlıqların antologiyası təqdim olunub
18 oktyabr 2019
# 13:41

17 oktyabr 2019-cu ildə Quba rayonunda yerləşən Mədəniyyət Evinin Mərkəzləşdirilmiş Kitabxana Sistemində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi Şurası və Azərbaycan Yaradıcılıq Fondu (AYF) ilə birgə “Azərbaycanda yaşayan milli azlıqların söz yaradıcılıqları” layihəsi çərçivəsində hazırladığı “Milli azlıqların bədii yaradıcılıq antologiyası” kitabının təqdimatı keçirilib.

Tədbiri giriş sözü açan “Ay işığı” ədəbi məclisinin sədri, şair Ramiz Qusarçaylı qonaqları salamlayaraq çap olunmuş kitab barədə oxuculara geniş məlumat verib.

Daha sonra AYF-nin aparat rəhbəri, şair Qismət Rüstəmov ölkəmizdə baş verən multikulturalizm hərəkatı barədə geniş məlumat verib.

Multikulturalizm jurnalının baş redaktoru Fəxri Uğurlu Azərbaycan ədəbiyyatında Qubanın yazıçı və şairlərinin böyük rolu olduğunu qeyd edib.

Tədbirdə çıxış edən şair və yazıçılar Cəlaləddin Budaqoğlu, Şükür Baxışov, Mirfəttar, Zakir Məmməd bu kitabın çap olunmasının böyük hadisə olduğunu qeyd edib.

Sonda AYF-nin təşkilat şöbəsinin müdiri Fuad Cəfərov tədbirin keçirilməsində göstərdiyi dəstəyə görə, Azərbaycan Respublikası Prezident Administrasiyasına, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi Şurasına, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə, Quba rayon İcra Hakimiyyətinə öz təşəkkürünü bildirib. /sim-sim.az/

# 3577 dəfə oxunub

Oxşar xəbərlər

"Titanik"in orijinal ssenarisi hərraca çıxarıldı - Ulduzların imzası olan nüsxə satıldı

"Titanik"in orijinal ssenarisi hərraca çıxarıldı - Ulduzların imzası olan nüsxə satıldı

16:33 15 iyun 2026
“15 iyun – Milli Qurtuluş Günü”  adlı virtual sərgi istifadəçilərə təqdim olundu

“15 iyun – Milli Qurtuluş Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olundu

14:49 15 iyun 2026
Məşhur televiziya ulduzu 100 yaşında dünyasını dəyişdi

Məşhur televiziya ulduzu 100 yaşında dünyasını dəyişdi

13:05 15 iyun 2026
32 yaşlı müğənni faciəvi şəkildə vəfat etdi

32 yaşlı müğənni faciəvi şəkildə vəfat etdi

11:40 15 iyun 2026
Azərbaycanda Milli Qurtuluş Günü  qeyd olunur

Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur

10:03 15 iyun 2026
“Mən istərdim Arif qala, mən gedəm...” – Hüseyn Arifin ən böyük dərdi

“Mən istərdim Arif qala, mən gedəm...” – Hüseyn Arifin ən böyük dərdi

10:00 15 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər