Vladimir Putinin sevdiyi 7 kitab - Siyahı

Vladimir Putinin sevdiyi 7 kitab - Siyahı
7 oktyabr 2019
# 18:37

Ölkəni başçıları mütaliəyə vaxt ayırırmı? Onların sevimli müəllifləri kimdir? Ölkəni idarə edənlərin ədəbiyyat seçimi xüsusən maraq oyadır.

Kulis.az bu gün ad gününü qeyd edən Rusiya prezidenti Vladimr Putinin sevdiyi 7 kitabı təqdim edir.

1. Antuan de Sent Ekzüperi “Balaca Şahzadə”. Rusiya prezidenti gəncliyində bu kitabı o qədər sevib ki, hətta bəzi hissələri əzbərləyib də. Bu barədə o müsahibələrindən birində danışıb. Iki il əvvəl bu əsərin motivləri əsasında hazırlanan tamaşanı da izləyən prezident səhnə işindən məmnun qaldığınıl deyib.

2. İohan Volfanq Höte “Faust”. Putin Hötenin yalnız “Faust”unu deyil, bütün əsərlərinin heyranıdır. Almaniyada əks kəşfiyyatda işlərkən alman dilini gözəlliyindən zövq almağa imklan tapıb.

3. “Indi az adam Kuprini xatırlayır. Amma əbəs yerə. O dahidir”. – Vladimir Putin yazıçının “Nar bilərzik” əsərini diqqətlə oxumağı tövsiyyə edib: “Bu əsərdə ilk baxışda sezmədiyiniz bir çox məqamları tapa bilərsizni”.

4. Ömər Xəyyam “Rübailər”. Jurnalistlər bir dəfə prezidenti kitabdan sitat yazdığını müşahidə ediblər. Putinin fikrincə rübailər pis əhval ruhiyyə əleyhinə əla vasitə sayır. Rübailər ona çətin situasiyada yol tapmağa da kömək edir.

5. Aleksandr Puşkin “Yevgeni Onegin” MDB-nin sammiti və Puşkinin kitabları arasında seçim etmək kimi çətinliyə düşən Rusiya prezidenti sənədləri imzalayan kimi kitablara qapılmışdı. Kitaba tam qapılmağa nail ola bilməyəndə onu özü ilə aparmağa qərar verir və danışıqlar zamanı da kitabı əlıində saxlayır.

6. Ernest Heminqueyin romanlarından ən sevimlisini seçmək prezidentə çətindir, ona göə də üç romanın adını birdən çəkir: “Əlvida silah”, “Qoca və dəniz” və “Əcəl zəngi".

7. İvan İlyin “Bizim vəzifəmiz”. Bu, prezidentin ən çox sitat gətirdiyi kitabdır. Tarixçi filosof İvan İlyin ağqvardiyaçı idi və zamanında onun kitabına görə adamı həbs edə bilərdilər. Bu kitab tam proqramla reabilitasiya edildi, hətta vahid dövlət imtahanında istifadə olunur.

# 6937 dəfə oxunub

Oxşar xəbərlər

"Titanik"in orijinal ssenarisi hərraca çıxarıldı - Ulduzların imzası olan nüsxə satıldı

"Titanik"in orijinal ssenarisi hərraca çıxarıldı - Ulduzların imzası olan nüsxə satıldı

16:33 15 iyun 2026
“15 iyun – Milli Qurtuluş Günü”  adlı virtual sərgi istifadəçilərə təqdim olundu

“15 iyun – Milli Qurtuluş Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olundu

14:49 15 iyun 2026
Məşhur televiziya ulduzu 100 yaşında dünyasını dəyişdi

Məşhur televiziya ulduzu 100 yaşında dünyasını dəyişdi

13:05 15 iyun 2026
32 yaşlı müğənni faciəvi şəkildə vəfat etdi

32 yaşlı müğənni faciəvi şəkildə vəfat etdi

11:40 15 iyun 2026
Azərbaycanda Milli Qurtuluş Günü  qeyd olunur

Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur

10:03 15 iyun 2026
“Mən istərdim Arif qala, mən gedəm...” – Hüseyn Arifin ən böyük dərdi

“Mən istərdim Arif qala, mən gedəm...” – Hüseyn Arifin ən böyük dərdi

10:00 15 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər