Bakıda film festivalı keçirilir

Bakıda film festivalı keçirilir
26 sentyabr 2019
# 15:00

Bakıda MİKTA ölkələrinin (Meksika, İndoneziya, Cənubi Koreya, Türkiyə və Avstraliya) ilk film festivalına həsr olunmuş mətbuat konfransı keçirilib.

APA-nın xəbərinə görə, sentyabrın 27-dən oktyabrın 25-nə kimi davam edəcək film festivalı mədəni müxtəlifliyi təşviq etmək və mədəni çoxtərəfli əlaqələri möhkəmləndirmək məqsədi daşıyır. Festivalda Meksika, İndoneziya, Cənubi Koreya Respublikası və Türkiyə səfirlikləri müxtəlif mövzulardan bəhs edən filmləri təqdim edəcəklər.

Mətbuat konfransında çıxış edən Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini MİKTA haqqında qısa məlumat verib. Səfir Türkiyə, Avstraliya, İndoneziya, Cənubi Koreya və Meksika arasında mədəni əlaqələrdən söz açıb. O bildirib ki, MİKTA 2003-cü ildə BMT Baş Assambleyasının iclasında yaradılıb: “MİKTA-nın yaradılmasında əsas məqsəd informativ tədbirlər vasitəsilə dünyada baş verən çağırışlara cavab olaraq, müxtəlif, dil, mədəniyyətlər, dinlərə məxsus ölkələri birləşdirərək dünyada stabilliyə, qanunun aliliyinə töhfələr vermək olub”.

Meksika səfirinin sözlərinə görə, MİKTA-ya üzv ölkələr və Azərbaycan arasında sıx əməkdaşlıq var. O vurğulayıb ki, MİKTA-ya üzv ölkələrlə Azərbaycan arasında ticarət dövriyyəsi 2013-2018-ci illərdə 3 milyard ABŞ dollarını ötüb.

İndoneziyanın Azərbaycandakı səfiri Husnan Beyfanani ölkəsində çəkilmiş “Qaruda Di Dadaku” filmini təqdim edərək bildirib ki, Qaruda mübarizə naminə özünü qurban etmənin və İndoneziya insanlarının ruhunun simvoludur.

Türkiyə səfiri Erkan Özoral Türkiyə istehsalı olan "Ayla" filminin nümayiş etdiriləcəyi bildirib. O bu filmin Türkiyə və Cənubi Koreyanın ortaq tarixi dövrünə aid olduğunu bildirib.

Daha sonra səfirlər jurnalistlərin suallarını cavablandırıb.

# 3655 dəfə oxunub

Oxşar xəbərlər

"Dörd kitab oxuyan beşincini özü yazmaq istəyir, amma..." - Ulucay Akif

"Dörd kitab oxuyan beşincini özü yazmaq istəyir, amma..." - Ulucay Akif

17:50 3 noyabr 2025
"Rənglər mən öləndən sonra da yaşayacaq" - Anri Matisin son duası nə idi?

"Rənglər mən öləndən sonra da yaşayacaq" - Anri Matisin son duası nə idi?

17:27 3 noyabr 2025
Bakıda "Baku Steel Art 2025” sərgisi açıldı

Bakıda "Baku Steel Art 2025” sərgisi açıldı

17:25 3 noyabr 2025
Məşhur aktrisa doğum günündə vəfat etdi

Məşhur aktrisa doğum günündə vəfat etdi

16:42 3 noyabr 2025
Tanınmış dizayner  nüfuzlu mükafata layiq görülüb

Tanınmış dizayner nüfuzlu mükafata layiq görülüb

16:40 3 noyabr 2025
Rusiyanın Xalq artistinin çıxışına qarşı piket keçirildi

Rusiyanın Xalq artistinin çıxışına qarşı piket keçirildi

16:15 3 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər