“Kontrabas” tragikomediyası nümayiş ediləcək

“Kontrabas” tragikomediyası nümayiş ediləcək
2 oktyabr 2019
# 18:30

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində Patrik Zyuskindin “Kontrabas” tragikomediyası nümayiş olunacaq.

Teatrdan kulisə verilən xəbərə görə, oktyabrın 4-də təqdim ediləcək tamaşanın quruluşçu rejissoru, Azərbaycanın Xalq artisti İrina Perlovadır. Səhnə əsərində kontrabasçı rolunu Azərbaycanın və Rusiyanın Kalmıkiya Respublikasının Əməkdar artisti Şövqü Hüseynov ifa edəcək.

“Kontrabas” XX əsrin ən böyük nasirlərindən biri - Patrik Zyuskind tərəfindən yazılıb. Bu, intellektual, fəlsəfi və özünə istehza notları ilə son dərəcə zəngin nəsr əsəridir. Əsərin parlaqlığı, emosional ifadə tərzi, yumoru və burada insan təbiətinin dərindən başa düşülməsi rejissora imkan verib ki, özünəməxsus müəllif kompozisiyası və səhnə əsəri yaratsın. Tamaşanın baş və yeganə qəhrəmanının - musiqiçinin gözlə görünməyən opponentləri və tərəfdaşları, yəni daxili monoloq-dialoqunun personajları daim onun yanındadırlar.

# 4174 dəfə oxunub

Oxşar xəbərlər

Mətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi

Mətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi

17:45 14 sentyabr 2026
“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyası

“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyası

17:30 14 sentyabr 2026
Şeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi

Şeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi

17:22 14 sentyabr 2026
Parisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandı

Parisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandı

17:00 14 sentyabr 2026
ADMİU-da İncə və Sənət təqdim edildi

ADMİU-da İncə və Sənət təqdim edildi

16:40 14 sentyabr 2026
Məhəmmədhüseyn Şəhriyarın  “Heydərbabaya salam” poeması özbək dilində

Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində

16:10 14 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər