Bir adda iki “Azər” daşıyan şair

Bir adda iki “Azər” daşıyan şair
11 may 2016
# 12:19

Söhrab Tahir –AzərAzər

“İki bölünməkdən elə qorxmuşam Çöpü də ikiyə bölmərəm daha” deyə AzərAzərə çevrilən Söhrab Tahir.

“Təbrizi gəzirəm” şeirinin “...Dayanıram İnqilabla səltənətin Kəsişdiyi Xiyabanda” rəmzi sonluğu; heç vaxt yol yoldaşlığı mümkün olmayan “inqilab”la “səltənət” yalnız kəsişə bilər! ...Yoxsa, Söhrab Tahir– AzərAzər olmazdı, şair bir adda iki “Azər” daşımazdı.

S.Tahir AzərAzərlə Məmməd Araz, Xəlil Rza Ulutürk, Nəbi Xəzri, Nəriman Həsənzadə... dostluğu bu gün də Bakı ilə Təbriz birliyinin simvoluna dönüb.

Homerin “İliada” və “Odissey”indən həcmcə az qala üç dəfə böyük (70 min misraya yaxın) “Ata” eposu ilə (21 ilə yazılmış bu əsərdə bir kəlmə gəlmə söz yoxdur) yaradıcılığının son nöqtəsini qoyan ustad sənətkarın “Ölümə gedirəm mən də qorxmadan, Çünki belə ölüm mübarizədir,”- manifest misraları bir şair ömrünün fəlsəfəsidir.

...Güney Azərbaycanında həyata, Quzey Azərbaycanında yaradıcılığa başlamış Söhrab Tahir AzərAzər:

Ortadan açılmış kitab kimidir,

Baxır Astaralar sərhəd tirinə.

Mənim qollarımı iynə-sap edin,

Tikin Astaranı biri-birinə.

Çayları, yolları, iynə-sap edin,

Tikin Culfaları biri-birinə –

vəsiyyətini bizə etdi və getdi...

Qardaşxan

***

Söhrab Tahir AzərAzərə

Sən ey daha ən böyük

Azadlığa qovuşan

ikili taleyinin

ikincisini yaşa

azad qardaşın ki var

səni kim tanımır ki

səni tanımayanlar

özünü tanımır ki

Pəncərədən daş gələn

bəxtindən Bəri bax sən

ölümü bölüb Azər

Azər Yaşayacaqsan

# 2490 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər