Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anıldı

Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anıldı
13 iyul 2026
# 12:40

Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin vəfatının 25-ci ildönümündə məzarı ziyarət olunub. Anım mərasimi “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.

Kulis.az xəbər verir ki, əvvəlcə Xalq şairinin məzarı məzarına çiçəklər düzülüb, əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin rəhbəri, “Kəlağayı ev muzeyi”nin direktoru Güllü Eldar Tomarlı bildirdi ki, Mirvarid Dilbazi Azərbaycan poeziyasında qadın sözünün qüdrətini, ana məhəbbətini, Vətən sevgisini, milli-mənəvi dəyərləri və yüksək insani hissləri öz yaradıcılığında böyük sənətkarlıqla əks etdirən ölməz söz ustadıdır. O vurğulayıb ki, Mirvarid Dilbazinin irsi bu gün də aktuallığını qoruyur, gənc nəslin milli ruhda formalaşmasına xidmət edir.

Güllü Eldar Tomarlı qeyd etdi ki, rəhbərlik etdiyi “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi artıq uzun illərdir Xalq şairinin zəngin ədəbi irsinin yaşadılması, təbliği və gələcək nəsillərə çatdırılması istiqamətində ardıcıl layihələr həyata keçirir, poeziya gecələri, elmi-praktik konfranslar, kitab təqdimatları və anım tədbirləri təşkil edir. Onun sözlərinə görə, Mirvarid Dilbazinin adı yalnız Azərbaycan ədəbiyyatının deyil, milli-mədəni yaddaşımızın da ayrılmaz hissəsidir və bu irsin qorunması hər bir ziyalının mənəvi borcudur.

Daha sonra çıxış edən “Qazax Xeyriyyə Cəmiyyəti” İctimai Birliyinin sədri, professor İlham Pirməmmədov Mirvarid Dilbazi ilə bağlı xatirələrini bölüşərək bildirib ki, Xalq şairinin şəxsiyyəti onun yaradıcılığı qədər zəngin, nəcib və işıqlı idi. O qeyd edib ki, Mirvarid Dilbazi sadəliyi, səmimiyyəti, insanlara olan sevgisi və yüksək mənəvi keyfiyyətləri ilə hər zaman ətrafındakı insanların dərin hörmətini qazanmışdı.

Professor İlham Pirməmmədov vurğulayıb ki, Mirvarid Dilbazinin yaradıcılığı Azərbaycan qadınının mənəvi ucalığını, ailə dəyərlərini, Vətən sevgisini və milli kimliyini ən yüksək poetik dillə ifadə edən əvəzsiz irsdir. O bildirib ki, Xalq şairinin əsərləri təkcə bir dövrün deyil, bütün zamanların poeziyasıdır və bu gün də öz oxucusunu düşündürür, duyğulandırır, mənəvi zənginliyə çağırır.

Professor, həmçinin “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin Xalq şairinin adını yaşatmaq istiqamətində gördüyü işləri yüksək qiymətləndirərək qeyd edib ki, belə təşəbbüslər milli ədəbiyyatımızın və mədəniyyətimizin qorunması baxımından böyük əhəmiyyət daşıyır. O, gələcək nəsillərin Mirvarid Dilbazi irsini daha yaxından öyrənməsi üçün bu cür tədbirlərin davamlı keçirilməsinin vacibliyini vurğulayıb.

Tədbirdə çıxış edən digər iştirakçılar da Mirvarid Dilbazinin Azərbaycan ədəbiyyatında əvəzsiz xidmətlərindən, zəngin yaradıcılığından və gənc nəslin milli-mənəvi tərbiyəsində oynadığı mühüm roldan bəhs ediblər.

Sonda Xalq şairi Mirvarid Dilbazinin ruhuna dualar oxunub, əziz xatirəsi bir daha dərin ehtiramla yad edilib.

# 436 dəfə oxunub

Oxşar xəbərlər

Gülnaz Abdullazadənin 80 illik yubileyinə həsr olunmuş sərgi açıldı

Gülnaz Abdullazadənin 80 illik yubileyinə həsr olunmuş sərgi açıldı

15:42 5 sentyabr 2026
80 illik yubileyə unikal hədiyyə - Freddi Merkurinin Uemblidə 9 metrlik qeyri-adi portreti

80 illik yubileyə unikal hədiyyə - Freddi Merkurinin Uemblidə 9 metrlik qeyri-adi portreti

14:50 5 sentyabr 2026
Rəsulzadənin dostu, kommunizmin düşməni -  Türküstanlı jurnalistin keşməkeşli həyatı

Rəsulzadənin dostu, kommunizmin düşməni - Türküstanlı jurnalistin keşməkeşli həyatı

14:00 5 sentyabr 2026
Tomazzo Kampanella kimdir? - 27 il həbsdə qalan filosofun faciəvi həyatı

Tomazzo Kampanella kimdir? - 27 il həbsdə qalan filosofun faciəvi həyatı

13:30 5 sentyabr 2026
Cəngəlliyin dərinliyində gizli yollar - Maçu-Pikçunun bilinməyən sirləri

Cəngəlliyin dərinliyində gizli yollar - Maçu-Pikçunun bilinməyən sirləri

12:30 5 sentyabr 2026
"Mən başqası ilə evlənsəm qeyrətsiz olaram" - Səyavuş Aslanın film kimi həyatı

"Mən başqası ilə evlənsəm qeyrətsiz olaram" - Səyavuş Aslanın film kimi həyatı

11:30 5 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər