Xalq artisti: "Yerindən duran aktyorluq edir"

Xalq artisti:  "Yerindən duran aktyorluq edir"
8 sentyabr 2023
# 18:49

“50-55 ildir ki, teatr sahəsindəyəm. Bu illər ərzində irili-xırdalı yüzlərlə, minlərlə rol oynamışam. Azdan-çoxdan filmlərə çəkilmişəm. Köhnə filmlərimizə dəfələrlə baxsam da, təkrar-təkrar baxıram. Tək mən yox, elə tamaşaçılar da köhnə filmlərimizi həvəslə izləyirlər. Barmaqla sayılası sənətkarlarımız qalıb. O vaxt aktyorluğu bitirməyən tələbəni teatrda işə götürmürdülər. Tapşırıq da keçmirdi. İndi yerindən duran aktyorluq etmək istəyir. Edir də. Bu onlarda nə dərəcədə alınır, tamaşaçılar deyə bilər. Nə savadları var, nə görünüşləri, nə də ki, təhsilləri. Ona görə də sənətimiz uçuruma gedir. Ümidverici aktyorlar yetişmir”

Kulis.az xəbər verir ki, bu sözləri Moderator.az-a açıqlamasında Xalq artisti Valeh Kərimov deyib.

“Ara-sıra seriallardan dəvət gəlir. Bu günlərdə bir serialda da çəkilmişəm. O vaxt senarini verib deyirdilər ki, evdə oxuyun. Səhəri gün gələndə soruşurdular ki, hansı rol xoşuna gəlib?! Deyəndə ki, filan rol xoşuma gəlib, sual verirdilər ki, bəs filan rol necə idi? Səni o rola çəkmək istəyirik. Artıq sən senarini, obrazları bilirdin. Bu gün isə çəkiliş meydançasında gündəlik senari yazılır. Ssenari sənətkara öncədən verilməlidir. Bəlkə, sonradan məni elə vəziyyətə salacaqsınız ki, mən roldan imtina edəcəm?! Aktyor nə istər? Yeni-yeni rollar, tamaşalar, filmlər, seriallar! Hazırda Mingəçevir Dövlət Dram teatrında çalışıb, aktyor və rejissorluğa olan tələbatımı ödəyirəm” - sənətkar bildirib.

Xalq artistinin sözlərinə görə, bir yerdə yeyib içən adamlar bir dəqiqənin içində düşmən olurlar:

"Bəxt üzüyü” filmindəki üzüyün aqibətini hələ də soruşanlar var. Məni görənlər xəbər alırlar ki, üzük həqiqətənmi itmişdi?! İndi qızılın qiymətindən xəbərsizəm, amma o vaxt təbii ki, qızıl ucuz idi. Vaqif Səmədoğlu göstərir ki, 50-100 manatın üstündə insanların münasibəti necə korlanır. Bir yerdə yeyib içən adamlar, bir dəqiqənin içində bir üzükdən ötrü düşmən olurlar. Ümumilikdə ordakı insanların hamısının bəxtləri itib. Moşunun bəxti onda gətirməyib ki, istedadı yoxdur, amma şair olmaq istəyir. Söylünün bəxti onda gətirməyib ki, kasıb şairə ərə gedib, övladları çoxdur, dolana bilmirlər. Amma görün necə mehribandırlar... Belə götürsək, elə ən xoşbəxt bizim rollarımızdır”

# 3442 dəfə oxunub

Oxşar xəbərlər

Nəşriyyatlar süni intellekt təhlükəsi ilə üz-üzə - Yazıçılar əsərlərinin müəllifliyini sübut etməli olacaqlar?

Nəşriyyatlar süni intellekt təhlükəsi ilə üz-üzə - Yazıçılar əsərlərinin müəllifliyini sübut etməli olacaqlar?

18:40 2 noyabr 2026
Məşhur rejissor xəstəxanaya yerləşdirildi - Səbəb

Məşhur rejissor xəstəxanaya yerləşdirildi - Səbəb

18:20 2 noyabr 2026
Görkəmli aktyor blüz janrında albom yayımladı

Görkəmli aktyor blüz janrında albom yayımladı

18:00 2 noyabr 2026
“Dəmir Yolları – zamanın obyektivində”  mövzusunda fotomüsabiqə

“Dəmir Yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə

17:42 2 noyabr 2026
Tarixi karvansara mərkəz kimi fəaliyyətə başladı

Tarixi karvansara mərkəz kimi fəaliyyətə başladı

17:30 2 noyabr 2026
Əfsanəvi sehrbazın xatirəsinə tədbirlər təşkil olunur - Vəfatının 100-cü ildönümü münasibətilə

Əfsanəvi sehrbazın xatirəsinə tədbirlər təşkil olunur - Vəfatının 100-cü ildönümü münasibətilə

17:00 2 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər