Xalq artisti: “Ölkəni tərk edəndən sonra onu infarkt vurdu” – Müsahibə

Xalq artisti:  “Ölkəni tərk edəndən sonra onu infarkt vurdu” – Müsahibə
24 noyabr 2023
# 12:00

Bu gün mərhum aktyor, sirk ustası Səyavuş Şəfiyevin anım günüdür.

O, ilk dəfə "Əhməd hardadır?" filminə çəkilib.
Film ekranlara çıxandan sonra rejissor Adil İsgəndərov sovet senzurasının ciddi tənqidlərinə məruz qalır. "Burjua-meşşan elementləri ilə zəngin" film kimi xarakterizə edilən bu filmin tənqidindən xəbər tutan Səyavuş "nahaq çəkildim" deyib. Ancaq illər ötdükdən sonra film tamaşaçılar tərəfindən qəbul edilir və Azərbaycanın kult-filminə çevrilir. S.Şəfiyev deyirmiş ki,
"Taleyimdən razıyam. Nə yaxşı ki, Adil müəllim məni bu rola çəkdi".

Səyavuş Şəfiyev – 85 – AKI

"Əhməd haradadır?" filmindən epizod

Filmlə bağlı müsahibələrində Səyavuş Səfiyev tez-tez bu hadisəni xatırlayırmış: "Əhmədin evdən qaçma səhnəsi çəkilir. Mən də pəncərədən qonşu həyətə tullanmalı, sonra da hasardan aşıb aradan çıxmalıyam. Bu zaman qonşu həyətdən üstümə it cummalıdı. Elə birinci dublda it məni qapdı. Bərk qorxmuşdum. Adil müəllim "Qada, bu səhnə 10–15 dəfə çəkiləcək, hər dəfə də bu it Səyavuşu qapsa, onda can qalmaz…" deyib iti zəncirə saldı. Filmə diqqətlə baxanda itin zəncirləndiyi görünür".

Bundan sonra S.Şəfiyev Maqsud İbrahimbəyovun ssenarisi üzrə çəkilən "Uşaqlığın son gecəsi" filmində prorab Rüstəm obrazını yaradır. Film Gürcüstanda keçirilən festivalda mükafat alır.

Daha sonra S.Şəfiyev "Ən vacib müsahibə" filmində jurnalist Altay obrazını yaradıb.

Siyavuş Şəfiyev SSRİ Kinematoqrafçılar İttifaqının üzvü olub.

1990-cı ildə Fransada qastrol zamanı keçirdiyi infaktdan sonra Şəfiyev sənəti tərk edir. Bir daha səhnəyə və incəsənətə qayıtmır.
2001-ci il 24 noyabrında Moskvada dünyasını dəyişib.
Yasamal qəbristanlığında dəfn edilib.


Aktyorun sənət dostu, “Uşaqlığın son gecəsi” filmində onunla tərəf müqabili olmuş Xalq artisti Ənvər Həsənov Kulis.az-a necə tanış olmaqlarından danışıb:

“Onunla ilk dəfə bu filmdə tanış olduq. Mən cavan oğlan idim onda. O isə artıq yetkin, ailəli kişi idi. Çox ciddi, ağır-səngin, oturuşunu-duruşunu bilən adam idi. Arif Babayev dedi ki, bir yerdə qalın, bir-birinizə uyğunlaşın. Səyavuş o vaxt bizim sirkin bədii rəhbəri idi. Xanımı və qızları ilə birgə sirkin mehmanxanasında qalırdı, orda otaq vermişdilər ona. Gecə çəkilişləri olurdu, ona görə mən də bəzən onlarda qalırdım. Arif Babayev işi elə qurmuşdu ki, ağır səhnələrdə, gecə çəkilişlərində bir yerdə qaldıqca aramızdakı bağ möhkəmlənirdi. Ona lazım olan da bu idi”.

Səyavuş Şəfiyev – 85 – AKI

"Uşaqlığın son gecəsi" filmindən epizod

Xalq artistinin sözlərinə görə, sənət dostu ölkəni tərk edəndən sonra infarkt olub:

“Ancaq ona ev vermədilər. Çox narahat idi buna görə. Narazılıq eləyirdi. O vaxt sənətə yeni başlayanlara ev verilirdi. O da gözlədi, gözlədi və ölkədən getdi. Əvvəl Rusiyaya, sonra Fransaya. Elə orada da, ölkəni tərk edəndən sonra infarkt vurdu onu. 60 yaşı vardı.

Yasa gedə bilmədim. AzTV məndən müsahibə götürəndə ürək sözlərimi ailəsinə çatdırdım. Yoldaşı ilə bacı-qardaş kimi idik.

Burada olanda tez-tez görüşürdük”.

# 8023 dəfə oxunub

Oxşar xəbərlər

​"Bu məsələ xaricdən sızdırılır, dövlətə güc göstərilir" – Hicab qalmaqalının pərdəarxası

​"Bu məsələ xaricdən sızdırılır, dövlətə güc göstərilir" – Hicab qalmaqalının pərdəarxası

14:50 11 oktyabr 2026
Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər