Xalq artisti Hüseynağa Sadıqovun 110 illik yubileyi qeyd olundu

Xalq artisti Hüseynağa Sadıqovun 110 illik yubileyi qeyd olundu
18 mart 2024
# 11:30

Martın 17-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq artisti Hüseynağa Sadıqovun 110 illiyi münasibətilə "Müsyö Jordan və Dərviş Məstəli şah" tamaşası nümayiş olunub.

Kulis.az xəbər verir ki, dahi mütəfəkkir Mirzə Fətəli Axundzadənin eyniadlı əsəri əsasında hazırlanan tamaşadan əvvəl aktyorun teatr və kino fəaliyyətindən bəhs edən videoçarx təqdim edilib.

Aktyorun sənət dostları Xalq artistləri Tariyel Qasımov, Yasin Qarayev, İlham Namiq Kamal, teatrşünas, professor İlham Rəhimli çıxış edərək milli teatr sənətində Hüseynağa Sadıqovun yaratdığı misilsiz rollardan, mənalı həyat yolu və maraqlı yaradıcılıq tarixçəsindən danışaraq, xatirələrini bölüşüblər.

Sonra Xalq artisti Cənnət Səlimovanın quruluş verdiyi tamaşa nümayiş olunub. Səhnə əsərində Əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev, Gülər Nəbiyeva, Elnur Bəhrəmxan, aktyorlar Kərəm Hadızadə, Təhminə Məmmədova, Ceyhun Məmmədov, Ədalət Əbdülsəməd, Natiq Fərzəliyev, Anar Səfiyev, Dilarə Fərəcullayeva, Hüsniyyə Əhmədova, Gülbəniz Lətifova, Asya Atakişiyeva, İlahə Əmirxanova, Fəridə Qurbanova, İmran Qurbanov, Ümman Budaqov, İmdad Tofiqoğlu, Ramil Məmmədli, və Davud Musayev iştirak ediblər.

# 2361 dəfə oxunub

Oxşar xəbərlər

“İRS” beynəlxalq jurnalının özbək dilində ilk nömrəsi nəşr olundu

“İRS” beynəlxalq jurnalının özbək dilində ilk nömrəsi nəşr olundu

18:30 23 sentyabr 2026
“27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edildi

“27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edildi

18:15 23 sentyabr 2026
Dünyanın ən yaxşı 100 şorbası məlum oldu

Dünyanın ən yaxşı 100 şorbası məlum oldu

18:00 23 sentyabr 2026
Stenford alimlərindən unikal layihə - Ayasofiyanın səsi rəqəmsallaşdırıldı

Stenford alimlərindən unikal layihə - Ayasofiyanın səsi rəqəmsallaşdırıldı

17:30 23 sentyabr 2026
Görkəmli şəxsiyyətlərin Sabit Rəhman haqqında fikirləri

Görkəmli şəxsiyyətlərin Sabit Rəhman haqqında fikirləri

17:00 23 sentyabr 2026
Amerikalı aktrisanın ölüm səbəbi açıqlandı

Amerikalı aktrisanın ölüm səbəbi açıqlandı

16:30 23 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər