Vüqar Vanın yeni romanının təqdimatı oldu

Vüqar Vanın yeni romanının təqdimatı  oldu
25 yanvar 2025
# 13:42

Yazıçı Vüqar Vanın “Qanun” nəşriyyatında yeni çapdan çıxmış “Hardasa, olardı 13-14 yaşım” romanının təqdimatı olub.

Kulis.az xəbər verir ki, “Əli və Nino” kitab mağazasında təşkil olunan imza günündə ədəbiyyat və media nümayəndələri iştirak ediblər.

Təqdimat mərasiminin moderatoru, yazıçı, jurnalist Nadir Yalçın romanın bədii məziyyətləri, sturukturu, dil və üslub məsələləri barədə çıxış edib.

Yazıçı Şərif Ağayar, İlham Əziz, Əli Novruzov, şair Şəhriyar del Gerani, şair, tərcüməçi Firudin Ağazadə çıxış edərək roman haqqında fikirlərini bölüşüblər, müasir ədəbi tendensiyalar və problemlər barədə söhbət açıblar.

Çıxışların ardınca müəllif oxucular üçün kitab imzalayıb.

Qeyd edək ki, “Hardasa, olardı 13-14 yaşım” romanının redaktorları Seymur Baycan, Şəhriyar del Gerani və Nadir Yalçındır.

# 3308 dəfə oxunub

Oxşar xəbərlər

Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
Tanınmış italyan ifaçı  vəfat etdi

Tanınmış italyan ifaçı vəfat etdi

17:20 6 avqust 2026
Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

15:30 6 avqust 2026
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

15:15 6 avqust 2026
Türkiyəli ssenarist vəfat etdi

Türkiyəli ssenarist vəfat etdi

14:30 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər