Viktor Hüqonun “Paris Notr-Damı” Musiqili Teatrda

Viktor Hüqonun  “Paris Notr-Damı” Musiqili Teatrda
21 dekabr 2021
# 15:48

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Yeni il öncəsi fransız yazıçısı, dramaturq Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” romanının motivləri əsasında librettosu və quruluşu gənc rejissor Samir Qulamova məxsus olan “Paris Notr-Dama ithaf” tamaşasını tamaşaçılara təqdim edəcək.

Teatrdan Kulis.aza verilən xəbərə görə, ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayev olan bu tamaşa bəşəriyyətin ən nadir tarixi memarlıq incisi, Avropanın əzəmətli simvollarından biri Paris Notr-Dam kilsəsində 2019-cu il aprelin 15-də baş vermiş yanğın hadisəsinə ithaf olunub.

Dekabrın 25-də göstəriləcək tamaşanın süjet xəttinin mərkəzində fransız ədəbiyyatında tarixi roman janrının zirvəsi hesab olunan Viktor Hüqonun 1831-ci ildə qələmə aldığı “Paris Notr-Dam kilsəsi” romanının ölməz qəhrəmanları dayanır. Əsas qayəsində xeyirxahlıq, təmənnasız sevgi və mərhəmət hisslərinin təcəssümü əks olunan məşhur əsər indiyə qədər dünyanın bir çox adlı-sanlı teatr məkanlarında, müxtəlif rejissorların yozumlarında “Paris Notr-Dam kilsəsi” və ya “Notr-damlı Qozbel” adları ilə dəfələrlə səhnələşdirilib.

Tamaşada “Notre-Dame de Paris” müziklinə görə “Ginnesin rekordlar kitabı”na düşən Riçard Konçiantenin və dünya şöhrətli bəstəkarların - Rixard Ştraus, Tomaso Albinoni, Jorj Bize, Samuel Barberin əsərlərindən istifadə edilib.

Qeyd edək ki, möhtəşəm əsərin quruluşçu dirijoru və orkestrləşdirmənin müəllifi Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər – Zakir və Yelena Ağayevlər, xormeysteri, Əməkdar artist Vaqif Məstanov, quruluşçu rəssamı, gənc rəssam Vüsal Rəhim, musiqi mətnlərinin müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi, şair İlqar Fəhmi, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.

Səhnə əsərində rolları Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artistlər – Nadir Xasıyev, Səidə Şərifəliyeva, aktyorlar – Mehriban Zalıyeva, Aydan Həsənova, Əmrah Dadaşov, Nicat Əli, İbrahim Əlizadə, Emin Zeynallı, Hidayət Əliyev, Elxan İsmayılov, Hüseyn Əlili, Əliməmməd Novruzov, Səmədzadə Xasıyev, Şaban Cəfərov, Telnaz Hüseynova, Murad Əliyev, Fərid Rzayev, Eleanora Mehdiyeva, Zaur Əliyev, Əli Kərimov və başqaları ifa edəcək.

# 2392 dəfə oxunub

Oxşar xəbərlər

"Öpəcək heç kəs yoxdursa, siqaret əvəzolunmazdır..." - Ziqmund Freyddən sitatlar

"Öpəcək heç kəs yoxdursa, siqaret əvəzolunmazdır..." - Ziqmund Freyddən sitatlar

13:00 23 sentyabr 2026
44 bədii filminin "Biz bir ailəyik" adlı yeni tizeri yayımlandı

44 bədii filminin "Biz bir ailəyik" adlı yeni tizeri yayımlandı

12:44 23 sentyabr 2026
2026-cı il "Buker" mükafatının qısa siyahısı açıqlandı

2026-cı il "Buker" mükafatının qısa siyahısı açıqlandı

12:31 23 sentyabr 2026
Amerikalı fotoqraf qaradərili kovboyların izində - Fotolar

Amerikalı fotoqraf qaradərili kovboyların izində - Fotolar

12:30 23 sentyabr 2026
“Sənət inciləri” adlı mühazirə-konsertlər təşkil olundu

“Sənət inciləri” adlı mühazirə-konsertlər təşkil olundu

12:16 23 sentyabr 2026
Troya şəhərindəki qədim aqoranın qalıqları aşkarlandı

Troya şəhərindəki qədim aqoranın qalıqları aşkarlandı

12:00 23 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər