“Vəzir” tamaşasının premyerası oldu

“Vəzir” tamaşasının premyerası oldu
20 fevral 2024
# 18:50

“M.Teatr”da “Vəzir” tamaşasının premyerası olub. Pyesin müəllifi və tamaşanın quruluşçu rejissoru Sevil Həsənzadədir.

Kulis.az xəbər verir ki, tamaşada rolları Nicat Məmmədov, Nərgiz Əliyeva, Nicat Salamov, Tələt Hüseynov, Aslan Müşkürov, Meq Əsəd, Abbas Nəsirov, Leyli Süleymanova, Kamil Əlizadə, Ruslan Əhmədov, Nərmin Əliyeva, Yelena Qafarova, Leyla Mirzəzadə, Eldar Ömərov, Bəhram Cabbarov və Yuliya Bannikova ifa ediblər.

Trillere çevrilən detektiv dram miras naminə qətl törətmək planı quran iki qardaşın hekayəsindən bəhs edir. Səhnələr arasında sənətçilərin videokadrları da nümayiş etdirilib.

Ssenarist və rejissor Sevil Həsənəlizadənin sözlərinə görə, tamaşaçılar premyeranı yaxşı qarşılayıblar. O əlavə edib: “Öz işimi qiymətləndirmək mənim üçün çətindir, çünki mən özümü tənqid edirəm və mükəmməllik tərəfdarıyam. Bilirəm ki, həmişə səy göstərməli olduğum bir şey var. Ancaq rəylərə görə, tamaşaçılar çox razı qaldılar! Bu gecəni bizimlə bölüşən hər kəsə dərin minnətdarlığımızı bildiririk. Bu fürsətə görə “M.Teatr”ın direktoru Vidadi Həsənova xüsusi təşəkkürümü bildirirəm. Ona bizə olan münasibətinə və etimadına görə sonsuz minnətdaram”.

Tamaşanın özəlliyi ondadır ki, onun personajları hər yerdə - səhnədə, ekranda və tamaşa zalında görünürdü. “Layihədə mənim kimi bu işə həvəsli olan bir çox gənc, istedadlı və zəhmətkeş uşaqlar iştirak ediblər. Onlar əla uşaqlardır. Mən onların hər biri ilə fəxr edirəm!” – deyə rejissor qeyd edir.

Sevil Həsənəlizadə deyir ki, o, bu hekayədə müxtəlif qəhrəmanların vəsvəsəsi ilə qarşıdurmanın üç formasını, peşmanlığın üç mərhələsini və qəhrəmanların hər birinin öz mənəvi deqradasiyasını necə dərk etdiyini göstərmək istəyib: “Müasir insanı hər addımda nəfs gözləyir və heç də hər insan buna qarşı dura bilmir... Bəzən nəfsinə vaxtında “dur” deməsən, özünü heç vaxt çıxması mümkün olmayacağı yerin ən dibində tapa bilərsən”.

AZƏRTAC

# 2686 dəfə oxunub

Oxşar xəbərlər

Devid Bouinin heç yerdə yayımlanmayan mahnıları musiqi platformalarında

Devid Bouinin heç yerdə yayımlanmayan mahnıları musiqi platformalarında

17:00 18 sentyabr 2026
Dərbənddəki Azərbaycan Teatrına Müslüm Maqomayevin adı verildi

Dərbənddəki Azərbaycan Teatrına Müslüm Maqomayevin adı verildi

16:56 18 sentyabr 2026
Tanınmış fotoqrafın sərgisi keçiriləcək

Tanınmış fotoqrafın sərgisi keçiriləcək

16:30 18 sentyabr 2026
Nadir sənət əsərləri hərraca çıxarılacaq

Nadir sənət əsərləri hərraca çıxarılacaq

16:00 18 sentyabr 2026
Sazdan kamançaya: Milli musiqi alətləri TikTokda

Sazdan kamançaya: Milli musiqi alətləri TikTokda

15:45 18 sentyabr 2026
Şuşada Milli Musiqi Günü qeyd edildi

Şuşada Milli Musiqi Günü qeyd edildi

15:43 18 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər