Varşavada Azərbaycan musiqi gecəsi keçirildi

Varşavada Azərbaycan musiqi gecəsi keçirildi
22 sentyabr 2022
# 18:20

Polşanın paytaxtı Varşavada “Türk Dünyası Araşdırmaları- Multidissiplinar Perspektivlər" adlı VI Beynalxalq Türkologiya Kongresi çərçivəsində Azərbaycan musiqi gecəsi keçirilib.

Kulis.az xəbər verir ki, tədbir Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinin birgə əməkdaşlığı ilə təşkil olunub.

Tədbirdə səfirlər, türkoloq alimlər, Varşavanın ictimaiyyət və mədəniyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Varşava Universitetinin Şərqşünaslıq Fakültəsinin Türkologiya və Orta Asiya Xalqları kafedrasının müdiri, Professor Aqata Bareya-Stajinska, Kongres çərçivəsində təşkil olunan musiqi gecələrinin müxtəlif mədəniyyətlərin bir araya gəlməsində mühim rol oynadığını qeyd edərək, tədbirin təşkilinə görə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna təşəkkür edib .

Gecədə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Türk dövlətlərinin öz mədəniyyət və incəsənətini təqdim etmələrində önəmli platforma olan Konqresin Türk və Avropa xalqları arasındakı əlaqələrin genişlədilməsinə böyük töhvə verəcəyinə inandığını bildirib.

Günay Əfəndiyeva tədbirdə Azərbaycanın muğam sənəti haqqında danışaraq, Türk Dünyasının zəngin mədəni irsindən bəhs edib:

“Muğam - improvizasiyadır. Qəlbə anidən dolan ilhamdır. Heyranlıq, məftunluq, təsirdir.

Muğam – bir ənənədir. Çoxəsrlik Azərbaycan mədəniyyətinin şifahi daşıyıcısı, ədəbiyyat xəzinəsinin açarıdır. Nizami, Füzuli, Nəsimi, Vaqif kimi böyük şairlərin mirasının mühafizəsidir. Muğam - həqiqətdir. Həyata fəlsəfi baxışdır. Torpağa, köklərə bağlılıq, vətənsevərlikdir. Azərbaycan xalqının gerçək kimliyi, milli dəyərlərinin aynasıdır. Bir ölkənin talehyüklü torpaqlarında formalaşan yaddaşdır. Muğam – Qarabağdır. Mir Möhsün Nəvvabın, Sadıqcanın, Cabbar Qaryağdıoğlunun, Bülbülün, Xan Şuşinskinin nəfəsi, avazıdır. 30 il öncəyədək hicran, ayrılıq, gözdən axan yaş idi. Bugün isə büyük qürurdur, iftixardır. Türk Dünyasının ayrılmaz parçasıdır”.

Günay Əfəndiyeva çıxışında Azərbaycanın birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi nəticəsində muğam sənətinin beynəlxalq miqyasda tanındığını vurğulayıb. Fondun prezidenti 2008-ci ildə Azərbaycan muğamının UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edildiyini bildirib.

Günay Əfəndiyeva Azərbaycan Respublikasının prezidentinin təşəbbüsü, Qazaxıstan, Qırğız və Türkiyə Respublikalarının dövlət başçılarının dəstəyi ilə yaradılan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Türk xalqlarının maddi-mənəvi dəyərlərinin, ədəbiyyatının, musiqisinin, incəsənətinin dünya miqyasında tanıdılması istiqamətində fəaliyyətindən söz açıb.

Tədbirdə tarda Rüstəm Müslümovun, kamançada Elnur Salahovun müşayəti ilə 2018-ci ildə keçirilən Beynəlxalq Muğam Müsabiqəsinin qalibi, solist Nisbət Sədrayevadan ibarət Muğam triosu qonaqlara unudulmaz anlar yaşadıb. Gecədə Azərbaycan musiqisi ilə yanaşı, Qazaxıstanın, Qırğızıstanın, Özbəkistanın və Türkiyənin xalq mahnıları səsləndirlib.

Tədbirdə Qarabağın çoxəsrlik tarixinin, zəngin mədəniyyətinin, görkəmli şəxsiyyətlərinin və milli memarlıq abidələrinin əks olunduğu sərgi nümayiş etdirilib. Daha sonra qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunub.

# 2504 dəfə oxunub

Oxşar xəbərlər

"Harri Potter"in müəllifi: "Kim olduğumuzu bacarıqlarımızdan çox, etdiyimiz seçimlər göstərir"

"Harri Potter"in müəllifi: "Kim olduğumuzu bacarıqlarımızdan çox, etdiyimiz seçimlər göstərir"

17:50 31 iyul 2026
"İnsan qırxayağı" filminin rejissoru pərəstişkarları ilə vidalaşır: "Sonum yaxınlaşır"

"İnsan qırxayağı" filminin rejissoru pərəstişkarları ilə vidalaşır: "Sonum yaxınlaşır"

17:00 31 iyul 2026
Türkiyənin “Oskar” namizədi bəlli oldu

Türkiyənin “Oskar” namizədi bəlli oldu

15:10 31 iyul 2026
Zümrüd Qasımovanın ailəsində ağır itki

Zümrüd Qasımovanın ailəsində ağır itki

14:45 31 iyul 2026
"Şərqli-qərbli" müqayisələrində intellektual orqazm yaşayanlar -  Ulucay Akif

"Şərqli-qərbli" müqayisələrində intellektual orqazm yaşayanlar - Ulucay Akif

12:44 31 iyul 2026
Gecələr yuxuma girərdi Allah - Adil Mirseyid

Gecələr yuxuma girərdi Allah - Adil Mirseyid

12:30 31 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər