Ürəyi Kərbəlada, fikri Məkkədə olan azərbaycanlılar

Ürəyi Kərbəlada, fikri Məkkədə olan azərbaycanlılar
17 mart 2024
# 13:20

Kulis.az Aqşin Yeniseyin yeni yazısını təqdim edir.

Son iki yüz ildə gələcəyi bizə ruslar gətirib; əvvəl çar Rusiyası, dalınca sovet Rusiyası.

Filosof Niyazi Mehdi bir dəfə yazmışdı ki, islam mənim mənəvi vətənimdir.

Tamamilə doğrudur, islam təkcə Niyazi Mehdinin deyil, bütün müsəlman xalqlarının mənəvi vətənidir, yəni komfort zonasıdır.

Hər iki Rusiya bizi bu komfort zonamızdan çıxarıb özüylə gətirdiyi gələcəyin içinə doldurmuşdu.

Bizi gələcəyə məhkum etmişdi. Bu gələcək bizim aid olduğumuz bir yer deyildi, başqasının bizim üçün arzuladığı və gerçəkləşdirdiyi gələcək idi.

Və divarları vardı!!!

Ürəyi Kərbəlada, fikri Məkkədə olan azərbaycanlını sovet Rusiyası ateist etmişdi. Təsəvvür edirsiniz bu o azərbaycanlı üçün necə ağlasığmaz bir zülm idi?!

Ona görə də bizim xalqın gələcəklə bağlı psixoloji travması var. Və bu travma həm də təhsil vasitəsilə bütün xalqa yoluxdurulub.

Bizə mənəviyyatın, mədəniyyətin yalnız və yalnız keçmişlə bağlı hadisə olduğunu elmi baxış kimi təhsil öyrədir.

Xüsusilə Ədəbiyyat fənni. Ədəbiyyat fənnimizdə yalnız keçmiş zaman var. Bizə balaca vaxtımızdan indiki və gələcək zamana önəm verməmək avamlığı bu fəndən yoluxur.

Biz beyinləri həm də təhsillə yuyulmuş xalqıq, savadsızlarımız dini, savadlılarımız pedaqoji cəhalətin fədailəridir.

Dünən gələcəyimizi Koroğluya qurban verən ali təhsillilərimizlə, srağagün gələcəyimizi Qəzzaliyə qurban verən dini təhsillilərimiz arasında heç bir fərq yoxdur.

Gələcəklə bağlı travması artıq xalqımızın xarakterinə çevrilib.

# 4645 dəfə oxunub

Oxşar xəbərlər

Yeni Ceyms Bond kim olacaq?

Yeni Ceyms Bond kim olacaq?

18:00 1 oktyabr 2026
Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

17:30 1 oktyabr 2026
Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

17:00 1 oktyabr 2026
Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

16:30 1 oktyabr 2026
Azərbaycanın “Avroviziya 2027”də  iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

16:22 1 oktyabr 2026
Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına  maliyyə dəstəyi

Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyi

16:14 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər