"Ulduz" jurnalının yeni sayı çap edildi

"Ulduz" jurnalının yeni sayı çap edildi
4 iyul 2022
# 11:20

"Ulduz" jurnalının iyun sayı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, dərgi Xuraman Hüseynzadənin özüylə söhbəti və şeirləri ilə açılır. Filologiya elmləri doktoru Cəlal Məmmədovun təqdim etdiyi "Qısa fikirlər xəzinəsi"ni bu dəfə də fərqli mütəfəkkir və yazarların fikirləri bəzəyir.

"Nəsr" rubrikasında Bahəddin Salmanın "İflicin nağılı", Rəşid Bərgüşadlının "Tanrının gözü", Şəhriyar Təyyaroğlunun "Çağrılmamış qonaq", Vahid Qazinin "Gəlmə" hekayələri, "Şeir vaxtı"nda isə Ələsgər Əhməd, Nicat Məmmədov, Təranə Dəmir, Kəmaləddin Qədim və Şəfəq Sahiblinin şeirləri yer alıb.

Ədəbiyyatşünas Mətanət Vahidin "Bədii ədəbiyyatda yalan motivi: Qoyma bilim" başlıqlı yazısında bədii ədəbiyyatda yalan mövzusu təhlil edilir.

Rengin Kızıldoğdunun "Türk eli" rubrikasında yer almış "Yaşıl limon" hekayəsini dilimizə Aslan Quliyev uyğunlaşdırıb.

Dramaturq Əli Əmirlinin ənənəvi "Ustad dərsləri"ndə dramaturq-rejissor tandemindən söhbət açılır. Misirli yazıçı, həkim, filosof Mustafa Mahmudun "Sabah" essesi, eləcə də "Məchul şey" hekayəsi müvafiq olaraq Məhəmməd Bayramlı və Lalə Əliquliyevanın tərcüməsində təqdim edilir.

Professor Gülşən Kəngərlinin "Kitabi-Dədə Qorqud eposunda tarixin ruhu" sərlöhvəli yazısında eposun mahiyyətini təşkil edən türk təfəkkürünün və etnopsixologiyasının bədii təzahürlərinə nəzər salınır.

Eminqueyin "İzi bilinməyən Odər" essesi şair Vaqif Bayatlının Tanrı və insan sevgisiylə süslənmiş yaradıcılığına işıq tutur.

Filologiya elmləri doktoru Abid Tahirlinin "Azərbaycan mühacirət mətbuatı Mirzə Ələkbər Sabir haqqında" yazısında mühacir həyatı yaşamış aydınlarımızın böyük şairə həsr etdiyi məqalələr təhlil olunur.

Müsəlman şərqində Əbdül Vahid Yəhya kimi tanınan fransız mistik yazıçı Rene Genonun "Şərq metafizikası" yazısını Elmar Vüqarlının tərcüməsində oxuyacaqsınız. Tənqidçi Vaqif Yusifli "Ədəbi fraqmentlər"i bu dəfə şairə Aida Adıgözəlin yaradıcılığına həsr edilib. Nəhayət, "Dərgidə kitab"da Elvin İntiqamoğlunun şeirləri, "Dərgidə sərgi"də isə gənc rəssam Zivər Əlfiyevanın rəsm əsərləri dərc edilib.

# 3058 dəfə oxunub

Oxşar xəbərlər

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

18:44 12 noyabr 2026
"Qərb-Şərq divanı – Göte və Mövlana"  adlı konsert proqramı təqdim olunacaq

"Qərb-Şərq divanı – Göte və Mövlana" adlı konsert proqramı təqdim olunacaq

18:43 12 noyabr 2026
Mişel Uelbek  haqqında cinayət işi açıldı – Təfərrüatlar

Mişel Uelbek haqqında cinayət işi açıldı – Təfərrüatlar

18:05 12 noyabr 2026
Kriştiano Ronaldonun studiyası  ilk serial layihəsinin çəkilişlərinə başladı

Kriştiano Ronaldonun studiyası ilk serial layihəsinin çəkilişlərinə başladı

17:32 12 noyabr 2026
Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi

17:04 12 noyabr 2026
"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

16:37 12 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər