Türkiyəli kino təhsili mütəxəssisləri ilə görüş keçirildi

Türkiyəli kino təhsili mütəxəssisləri ilə görüş keçirildi
20 sentyabr 2024
# 14:30

Sentyabrın 20-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində Türkiyədən gəlmiş kino təhsili mütəxəssisləri ilə görüş keçirilib.

Kulis.az xəbər verir ki, görüşdə mədəniyyət nazirinin müavini Səadət Yusifova, Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov, Film, video və videooyunlar sektorunun müdiri Günay Rəhimova, İstanbul Nişantaşı Universitetinin İncəsənət və dizayn fakültəsi radio, kino və televiziya bölümünün rəhbəri Burcu Kurtiş, universitetin müəllimləri Tuna Yıldırım, Ziyad Quliyev və Mustafa Çelik iştirak ediblər.

Söhbət zamanı kino sənətinin inkişafı və bu sahədə təhsilin müasir çağırışlara cavab verən tələblər əsasında yenilənməsi məsələləri müzakirə olunub. İki ölkə arasında mədəniyyətin müxtəlif istiqamətlərində, o cümlədən kinematoqrafiya sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinin zəruriliyi vurğulanıb. Bildirilib ki, çağımızda kino təhsili böyük əhəmiyyət kəsb edir. Bu sahədə mütəxəssislərin hazırlanması ölkələrin mədəni və intellektual inkişafına mühüm töhfə verir.

Nazir müavini Səadət Yusifova iki qardaş ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsinin və birgə layihələrin həyata keçirilməsinin önəmini vurğulayıb. Qeyd olunub ki, Azərbaycan Türkiyə ilə kino sahəsində də əməkdaşlığa böyük önəm verir. Bu istiqamətdə təcrübə mübadiləsi və qarşılıqlı dəstək hər iki ölkənin kino sənayesinə müsbət təsir göstərəcək. Xüsusilə, gənc kino mütəxəssislərinin yetişdirilməsi, tədris proqramlarının təkmilləşdirilməsi və texnoloji yeniliklərin kino sənayesinə inteqrasiyası zəruridir.

Qonaqlar da kino sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə layihə və proqramlar artırılması, tədris prosesində beynəlxalq təcrübənin tətbiqinin əhəmiyyətini qeyd ediblər.

# 2186 dəfə oxunub

Oxşar xəbərlər

Rembrandtın "Gecə keşikçisi"  tablosunda  bakteriyalar aşkar edildi

Rembrandtın "Gecə keşikçisi" tablosunda bakteriyalar aşkar edildi

16:26 11 noyabr 2026
Məşhur aktyor dünyasını dəyişdi

Məşhur aktyor dünyasını dəyişdi

15:28 11 noyabr 2026
Nəşriyyat işçilərinin 77 faizi süni intellektə qarşıdır - Kitab dünyasında narahatlıq artır

Nəşriyyat işçilərinin 77 faizi süni intellektə qarşıdır - Kitab dünyasında narahatlıq artır

13:28 11 noyabr 2026
Vyetnam müharibəsində iştirak edən tanınmış dublyajçı vəfat etdi

Vyetnam müharibəsində iştirak edən tanınmış dublyajçı vəfat etdi

12:27 11 noyabr 2026
Əfsanəvi musiqiçi milyarderlər sırasına daxil oldu

Əfsanəvi musiqiçi milyarderlər sırasına daxil oldu

12:00 11 noyabr 2026
Döşəmənin altından danışan qarışqayeyənlər çıxır - Haruki Murakamidən yeni roman

Döşəmənin altından danışan qarışqayeyənlər çıxır - Haruki Murakamidən yeni roman

11:40 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər