“Türkiyədə tanınmış azərbaycanlıların izi ilə”: Əhməd bəy Ağaoğlu irsi Rizə sərgisində

“Türkiyədə tanınmış azərbaycanlıların izi ilə”: Əhməd bəy Ağaoğlu irsi Rizə sərgisində
27 aprel 2026
# 14:30

3-cü Rize Kitab Sərgisi çərçivəsində Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin “Türkiyədə tanınmış azərbaycanlıların izi ilə” layihəsi üzrə hazırlanmış Əhməd Ağaoğlu haqqında türkcə araşdırma nəşrinin təqdimatı olub.

Kulis.az xəbər verir ki, təqdimat mərasimində Marmara Universitetinin professoru Mehdi Gəncəli çıxış edərək, Azərbaycan ictimai fikrinin böyük nümayəndələrindən biri, görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas-alim Əhməd bəy Ağaoğlunun yaradıcılığından, maarifçilik ideyalarının yayılması, mətbuatın inkişafı və milli oyanış prosesində mühüm rolundan danışıb.

Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dosenti Təhminə Bədəlova “Tanınmış azərbaycanlıların izi ilə” layihəsi, milli mədəniyyətimizin, ədəbiyyatımızın, ortaq dəyərlərimizin tanıdılması ilə bağlı araşdırmalar və nəşrlər barədə məlumat veriblər.

Çıxış edənlər araşdırma əsərinin tərtibçisi, Azərbaycan tarixçisi və tədqiqatçısı Dilqəm Əhməd tərəfindən Əhməd bəy Ağaoğlunun əvvəllər araşdırılmamış və çap olunmamış elmi və ədəbi məqalələrini, xatirələrini, irsinə aid materialların, arxiv sənədlərinin böyük əzmlə bir araya toplandığını və qiymətli bir nəşrin ərsəyə gəldiyini vurğulayıblar. Qeyd olunub ki, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınan Əhməd bəy Ağaoğlu fəaliyyəti ərzində bədii-publisistik və dolğun elmi-nəzəri irs yaradıb, Azərbaycanın ədəbi-mədəni və fəlsəfi fikir xəzinəsinin yeni ideyalarla zənginləşdirib.

Azərbaycan Mədəniyyət Mərkəzinin sərgidə təşkil etdiyi “Azərbaycan stendi” ziyarətçilər tərəfindən maraqla qarşılanır. Stenddə ölkəmizin dövlətçilik tarixi, zəngin mədəniyyəti və əldə etdiyi nailiyyətləri əks etdirən nəşrlər nümayiş olunur.

# 547 dəfə oxunub

Oxşar xəbərlər

Sərdar Ortac  xəstəxanaya yerləşdirildi? - İddia

Sərdar Ortac xəstəxanaya yerləşdirildi? - İddia

13:50 7 avqust 2026
Türkiyəli müğənni “Qremmi”nin jürisinə seçildi

Türkiyəli müğənni “Qremmi”nin jürisinə seçildi

12:49 7 avqust 2026
Damla-damla yoxa çıxan zövqümüz...  — O izdiham bir-birini tapdalayaraq hara çatmağa tələsirdi?

Damla-damla yoxa çıxan zövqümüz... — O izdiham bir-birini tapdalayaraq hara çatmağa tələsirdi?

12:30 7 avqust 2026
Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

11:50 7 avqust 2026
Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

10:50 7 avqust 2026
26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun  siyahısına daxil edildi

26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun siyahısına daxil edildi

10:26 7 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər