Türkiyədə Azərbaycan dialektologiyası ilə bağlı kitab nəşr edildi

Türkiyədə Azərbaycan dialektologiyası ilə bağlı kitab nəşr edildi
1 aprel 2024
# 10:48

Bu günlərdə çapdan çıxan “Gürcüstandan Azərbaycana dialektoloji lüğət” adlı kitabda Azərbaycanın Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir rayonlarının, Gəncə şəhərinin və Gürcüstanın cənub-şərqindəki Borçalı bölgəsinin dialekt sözləri ilk dəfə sistemli şəkildə tədqiqata cəlb edilib.

Kulis.az xəbər verir ki, kitabın əvvəlində Borçalı, Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir və Gəncə rayonları haqqında ensiklopedik məlumatlar verilir. Lüğətdə adıçəkilən bölgələrə aid təxminən 6000 (altı min) dialekt sözünün izahı verilib.

Onların bir hissəsi əvvəllər nəşr edilmiş ümumi dialektoloji lüğətlərdən seçilib. Lüğət tərtib edilərkən əvvəlki ümumi dialektoloji lüğətlərdə adıçəkilən bölgələrə aid verilən sözlərin mühüm hissəsinin indiyədək diqqətdən yayınan və lüğətlərdə əksini tapmayan mənaları açıqlanıb, eyni zamanda, ayrı-ayrı sözlərin yayılma coğrafiyası ilə bağlı düzəliş və əlavələr edilib. Lüğət müəlliflərinin bölgələrdə apardığı tədqiqatlar nəticəsində toplanmış 1000-dən çox söz ilk dəfə tərtib edilərək sözlüyə daxil edilib.

Dialekt sözləri Azərbaycan əlifbası ilə yazılıb, Türkiyə türkcəsində ətraflı izah edilib və leksik mənasının tam anlaşılması üçün nümunə cümlələr verilib.

Bundan başqa, kitabın sonuna hər bölgəyə xas folklor nümunələri əlavə edilib və bu mətnlər həmin dialektlərin tələffüz şəklinə uyğun olaraq verilib.

440 səhifəlik lüğət Azərbaycan dili tarixinin, tarixi leksikamızın, xalqımızın etnoqrafiyasının öyrənilməsində mühüm mənbə olmaq iddiasındadır. Lüğət Türkiyə türkcəsində nəşr edildiyindən, o, digər türkdilli xalqların tədqiqatçılarının dil tarixi, etimoloji və dialektoloji araşdırmalarında faydalı bir qaynaq ola bilər.

Kitabın müəllifləri Qars Qafqaz Universitetinin dosenti Afina Məmmədli-Barmanbay və Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin sədri Vasif Sadıqlı, redaktorları Əməkdar elm xadimi, professor Qəzənfər Kazımov və Ərdahan Universitetinin professoru Şurəddin Məmmədlidir. Lüğətə AMEA Nəsimi adına Dilçilik İnstitutunun dosenti Kifayət İmamquliyeva, Bakı Avrasiya Universiteti Kitabxana-İnformasiya Mərkəzinin direktoru Sima Cəfərova, Manisa Cəlal Bayar Universitetinin dosenti Ayvaz Morkoç və Qars Qafqaz Universitetinin dosenti İlkin Qulusoy rəy verib.

“Gürcüstandan Azərbaycana dialektoloji lüğət”in nəşri Azərbaycan Diasporuna Dəstək Fondu tərəfindən maliyyələşdirilib və İstanbulun nüfuzlu “DBY Yayınları” nəşriyyatında həyata keçirilib.


# 2417 dəfə oxunub

Oxşar xəbərlər

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

17:46 14 noyabr 2026
“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon”  ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon” ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

16:55 14 noyabr 2026
Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

16:01 14 noyabr 2026
Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

13:16 14 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər