Türkiyədə Anarın yeni kitabı çap olundu

Türkiyədə Anarın yeni kitabı çap olundu
16 yanvar 2025
# 18:30

Türkiyənin tanınmış «Ketebe» nəşriyyatında Xalq yazıçısı Anarın «Bir fırsat bulsam» («Macal») adlı nəsr kitabı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, kitabda yazıçının "Macal", "Otel otağı", "Dantenin yubileyi" adlı irihəcmli əsərləri və son vaxtlarda bu povestlərin davamı kimi qələmə aldığı, qəhrəmanlarının sonrakı taleyini oxucularına təqdim etdiyi "Kəbirlinskinin son etirafı" və "Balaca Fuadın son xahişi" hekayələri yer alıb.

Türk oxucularına yeni və daha orijinal tərcümədə təqdim olunan kitabdakı mətnləri Türkiyəli yazıçı-tərcüməçi İmdat Avşar çevirib. Kitabın arxa qapağında nəşriyyatın oxuculara kiçik bir təqdimat yazısı yer alıb: "Bu kitab dünyanı sözlərlə yenidən quran bir dil memarı Anarın "Macal", "Dantenin yubileyi" və "Otel otağı" adlı əsərlərini özündə birləşdirir. Yazıçı "böyük problemlər, kiçik sevinclər" vasitəsilə insanı və həyatı anlamaq üçün səyahətə çıxır və adi insanların qeyri-adi hekayələrini izləyib bəşəriyyətin ümumi problemlərini zərif şəkildə ifadə etməyə çalışır. Anar, onların tənhalığı, var olmaq üçün axtarışlarını və məhv edilmiş dünyalarını təsvir edərkən bu qarmaqarışıq həyata bənzərsiz bir baxış təqdim edir. Azərbaycan cəmiyyətinin XX əsrdə yaşadığı böyük dəyişikliklərə ayna tutan yazıçı Sovet və xüsusilə də Stalin dövründəki hadisələri mətnlərində əks etdirir. Anar Azərbaycan-Türkiyə münasibətlərinə həssaslıqla yanaşır, yaratdığı dərin tarixi arxa plana əlavə olaraq, mənəvi dəyərlərin itirilməsinə diqqət çəkir, insan ruhunun qaranlıq tərəflərinin xəritəsi yaradır".

Qeyd edək ki, Türkiyədə kitab və ədəbiyyat adına gördüyü böyük işlərlə tanınan "Ketebe" nəşriyyatı ötən il Anarın "Ağ liman", "Beşmərtəbəli evin altıncı mərtəbəsi" və "Təhminənin son sirri" əsərlərini oxuculara təqdim etmişdi. Və kitabın imza günləri, təqdimat mərasimləri həm "Ketebe"nin oxucu klubunda, həm də İstanbul Universitetində baş tutmuşdu. Həmçinin Türkiyənin TRT televiziyasında Anarla bir saatlıq müsahibədə, "Ketebe" internet televiziyasında yazıçıyla söhbətlərdə əsərlər ətrafında fikir mübadilələri aparılmışdı.

Yazıçı ilə qarşılıqlı müqaviləsi olan və əsərlərinin ardıcıl çapını nəzərdə tutan "Ketebe" bu ilin sonuna kimi yazıçının böyük türk şairi Nazim Hikmət haqqında "Kərəm kimi" romanının nəşrini nəzərdə tutur.

# 4370 dəfə oxunub

Oxşar xəbərlər

"Özgənin uşağı" anlayışı... - Yeniyetməyə seksual obyekt kimi baxan potensial pedofillər kimlərdir?

"Özgənin uşağı" anlayışı... - Yeniyetməyə seksual obyekt kimi baxan potensial pedofillər kimlərdir?

15:00 4 noyabr 2026
Kiçik problemləri həll edən yazıçı görəndə gözlərim yorulur... - Doris Qrambak

Kiçik problemləri həll edən yazıçı görəndə gözlərim yorulur... - Doris Qrambak

15:00 4 noyabr 2026
Kiprin "Avroviziya 2027"dəki təmsilçisi bəlli oldu

Kiprin "Avroviziya 2027"dəki təmsilçisi bəlli oldu

14:30 4 noyabr 2026
Maykl Cekson ölümündən 17 il sonra 140 milyon dollar qazandırdı

Maykl Cekson ölümündən 17 il sonra 140 milyon dollar qazandırdı

13:30 4 noyabr 2026
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr”  sənədli filminin premyerası oldu

“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası oldu

13:10 4 noyabr 2026
Səməd Vurğunun  əmisi nəvəsi bıçaqlandı

Səməd Vurğunun əmisi nəvəsi bıçaqlandı

12:54 4 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər