“Türk dünyasında qəhrəmanlıq əsərlərinin tədqiqi və təşviqi” layihəsinin yekun tədbiri oldu

“Türk dünyasında qəhrəmanlıq əsərlərinin tədqiqi və təşviqi” layihəsinin yekun tədbiri oldu
29 iyul 2024
# 17:41

Ə.Kərim adına Sumqayıt şəhər Poeziya Evində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Türk Dünyası İnfo” İctimai Birliyinin tərəfindən həyata keçirilən “Türk dünyasında qəhrəmanlıq əsərlərinin tədqiqi və təşviqi” layihəsinin yekun tədbiri keçirilib.

Kulis.az xəbər verir ki, Ə.Kərim adına Sumqayıt şəhər Poeziya Evinin direktoru, Azərbaycan Yazıçılar Birliyinin poeziya seksiyasının rəhbəri İbrahim İlyaslı tədbiri açaraq layihənin icrası müddətində qarşıya qoyulan məqsədlərin, o cümlədən Türk dünyası ölkələrində çağdaş dövrdə yaranan qəhrəmanlıq əsərlərinə dair xeyli materialın toplanıb dəyərləndirilməsi işinin uğurla yerinə yetirildiyini vurğulayıb. Bildirilib ki, QHT-nin layihə üzrə bundan əvvəl keçirdiyi tədbirlərin nəticəsi kimi yaradıcı insanlardan mövzuya aid tədqiqat işlərinin davam etdirilməsi və təbliğat işlərinin artırılması yönündə bir sıra təkliflər alınıb. Bu da layihənin ideyasının ictimai aktuallığını, vacibliyini və davamlılığını artıran amillərdəndir.

İB-nin sədri Dəyanət Osmanlı layihənin yekunu, görülmüş işlər, ədəbiyyatımızın təbliği ilə bağlı yeni təkliflər barədə Sumqayıt şəhərində yazıb-yaradan ziyalılara ətraflı məlumat verib. Layihənin icrasında sumqayıtlı yazarların fəal iştirakından məmnunluq ifadə edən QHT sədri həmçinin bildirib ki, tədqiqə və təşviqə cəlb olunan mövzu, keçirilən tədbirlər türk xalqlarının ədəbi-mədəni bağlarının araşdırılması, yazarlar arasında əlaqələrin qurulması və daha da inkişaf etdirilməsində mühüm səciyyə daşıyır. Birlik toplanmış əsərlər barədə media və internet resurslarında bir sıra yazılar dərc edilib. Həmin əsərlərin gələcəkdə toplu halında nəşrini nəzərdən keçiririk.

Tədbirdə iştirak edənlər öz təkliflərini səsləndirib, qəhrəmanlıq mövzusunda yazmış olduqları şeirləri söyləyiblər.

Sonda layihədə iştirak edən müəlliflərə diplomlar verilib.

# 2141 dəfə oxunub

Oxşar xəbərlər

Spotify səsli kitab kataloqunu istifadəyə verdi - 350 mindən çox ingilisdilli əsər

Spotify səsli kitab kataloqunu istifadəyə verdi - 350 mindən çox ingilisdilli əsər

10:12 7 noyabr 2026
Tbilisidə Zəfər Günü  qeyd olundu

Tbilisidə Zəfər Günü qeyd olundu

09:39 7 noyabr 2026
AzTV-nin 100 illiyi münasibətilə nəşr olunan ensiklopediyanın təqdimat mərasimi keçirildi

AzTV-nin 100 illiyi münasibətilə nəşr olunan ensiklopediyanın təqdimat mərasimi keçirildi

09:28 7 noyabr 2026
"Royal Society of Literature Pioneer Prize"  mükafatının qalibi açıqlandı

"Royal Society of Literature Pioneer Prize" mükafatının qalibi açıqlandı

18:46 6 noyabr 2026
Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır

Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır

18:24 6 noyabr 2026
Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları

Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları

17:07 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər