"Türk Dünyası Həftəsi” adlı elektron resurs bazası istifadəçilərin ixtiyarına verildi

"Türk Dünyası Həftəsi”  adlı elektron resurs bazası istifadəçilərin ixtiyarına verildi
7 iyul 2026
# 18:00

Prezident İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq “Türk Dünyası Həftəsi” keçirilib. Tədbir çərçivəsində dünyanın müxtəlif ölkələrindən türkoloq alimlər, elm və mədəniyyət xadimləri bir araya gələrək türk xalqlarının ortaq tarixi, dili, mədəniyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edib. Tarixi hadisənin əhəmiyyətini nəzərə alaraq Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası “Türk Dünyası Həftəsi” adlı elektron resurs bazasını oxuculara təqdim edir.

Kulis.az xəbər verir ki, kitabxananın rəsmi internet saytında yaradılan bu bölmə Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini, türk xalqlarının elmi və mədəni əlaqələrinin inkişafındakı rolunu, eləcə də türkoloji elmin formalaşmasında oynadığı müstəsna mövqeyi əks etdirən zəngin informasiya resurslarını özündə birləşdirir. Bölmənin əsas məqsədi Birinci Türkoloji Qurultay haqqında etibarlı məlumatları bir məkanda toplamaq, bu mövzuda araşdırma aparan tədqiqatçıların, tələbələrin və geniş oxucu auditoriyasının informasiya tələbatını ödəməkdir.

Elektron resurs bazasında bir sıra aparıcı media qurumlarında Birinci Türkoloji Qurultayın 100 illik yubileyi və “Türk Dünyası Həftəsi” ilə bağlı Azərbaycan, rus və ingilis dillərində dərc olunmuş xəbərlər, məqalələr, müsahibələr və analitik yazılar sistemləşdirilərək bir araya gətirilib. Bazada kitabxana əməkdaşları tərəfindən hazırlanan “Birinci Türkoloji Qurultay-100” adlı elektron məlumat bazasına da birbaşa keçid mövcuddur. “Türk Dünyası Həftəsi”nin foto və videoqalereyası” bölməsində isə Birinci Türkoloji Qurultayın foto və videogörüntüləri yer alır.

Hazırlanan elektron resurs bazası Türk dünyasının ortaq tarixi və mədəni irsini araşdıran alimlər, mütəxəssislər və geniş oxucu auditoriyası üçün faydalı informasiya mənbəyidir.

Sözügedən elektron resurs bazaları Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının rəsmi saytında yerləşdirilib.

# 534 dəfə oxunub

Oxşar xəbərlər

"Hər birimizin içində  bir Robinzon Kruzo yaşayır..." - Müasir ingilis filosofdan aforizmlər

"Hər birimizin içində bir Robinzon Kruzo yaşayır..." - Müasir ingilis filosofdan aforizmlər

17:50 19 avqust 2026
“Simurq” kitabxanası ilə bağlı müəyyən çaşqınlıq yaranıb" - Nazirlikdən açıqlama

“Simurq” kitabxanası ilə bağlı müəyyən çaşqınlıq yaranıb" - Nazirlikdən açıqlama

16:50 19 avqust 2026
“DokuBaku 2026”: Beynəlxalq Sənədli Film Festivalında 54 film təqdim olunacaq

“DokuBaku 2026”: Beynəlxalq Sənədli Film Festivalında 54 film təqdim olunacaq

16:00 19 avqust 2026
Milli Kitabxanada Xan Şuşinskinin yubileyinə həsr olunmuş kitab sərgisi

Milli Kitabxanada Xan Şuşinskinin yubileyinə həsr olunmuş kitab sərgisi

15:30 19 avqust 2026
Tanınmış aktrisa vəfat etdi

Tanınmış aktrisa vəfat etdi

14:40 19 avqust 2026
Lorkanın itmiş əsərləri tapıldı

Lorkanın itmiş əsərləri tapıldı

14:20 19 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər