Teylor Sviftin konsertində qətliam planı - Məhkəmədə etiraf

Teylor Sviftin konsertində qətliam planı - Məhkəmədə etiraf
28 aprel 2026
# 15:19

21 yaşlı avstriyalı gənc 2024-cü ilin avqust ayında Vyanada Teylor Sviftin konsertinə planlaşdırdığı cihadçı terror hücumunu etiraf edib.

Kulis.az xəbər verir ki, yalnız Beran A. kimi təqdim edilən bu şəxs həmçinin terror təşkilatının üzvü olduğunu da boynuna alıb, lakin Səudiyyə Ərəbistanının Məkkə şəhərində hücum planlaşdırması ilə bağlı digər ittihamları rədd edib.

Vyana yaxınlığındakı Viner-Noyştadt məhkəməsində çıxış edən dövlət ittihamçısı bildirib ki, polislər gəncin evində axtarış apararkən demək olar ki, tam hazır vəziyyətdə olan bomba aşkarlayıblar. Beran A. 2024-cü ildə Sviftin Vyanadakı ilk konsertindən bir qədər əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinin verdiyi gizli məlumat əsasında həbs edilmişdi.

Bunun nəticəsində amerikalı ulduzun Vyananın Ernst Happl stadionunda bütün biletləri satılmış üç konsertinin hamısı ləğv edilmiş, 195 mindən çox tamaşaçının iştirakı gözlənilən tədbir baş tutmamışdı. Məyus olmuş minlərlə pərəstişkar şəhər küçələrində gəzərək mahnılar oxumuş və Teylor Svift mövzulu dostluq bilərziklərini mübadilə etmişdilər.

Monica Schipper / Getty Images Taylor Swift looks away from camera while speaking into a microphone onstage at the iHeartRadio music awards in LA in March.

Məhkəmə zalından detallar

Mavi köynəkdə və qandallı vəziyyətdə məhkəmə zalına gətirilən Beran A. terrorçuluq və digər cinayətlərdə ittiham olunur. O, özü ilə birlikdə İŞİD-in üzvü olmaqda günahlandırılan digər 21 yaşlı Arda K. ilə eyni vaxtda mühakimə olunur. Onlar Məkkə ilə yanaşı, İstanbul və Dubayda da hücumlar planlaşdırmaqda ittiham edilirlər.

Baş təqsirləndirilən şəxsin vəkili Anna Mayr məhkəmədə deyib:

"Mənim müvəkkilim bir çox insanda böyük qorxu və panika yaradıb və şübhəsiz ki, buna görə cavab verməli olacaq. Amma xahiş edirəm, yalnız manşetlərə köklənməyin".

Vyana prokurorlarının sözlərinə görə, Beran A. hücumu ən geci 2024-cü il iyulun 21-də planlaşdırmağa başlayıb. O, ilk konsertdən bir gün əvvəl – avqustun 7-də həbs edilib. Prokurorlar onu İŞİD qruplaşmasına sadiqlik andı içməkdə, internetdə cihadçı təbliğat yaymaqda, həmçinin partlayıcı maddələr hazırlamaqda və qeyri-qanuni yolla silah almağa cəhd etməkdə günahlandırırlar. İttihamnaməyə əsasən, onun internet vasitəsilə "İŞİD hücumlarına xas" qəlpəli bomba hazırlamaq qaydalarını əldə etdiyi güman olunur.

Bununla yanaşı, təqsirləndirilən şəxsin digər İŞİD üzvlərindən partlayıcı maddələrlə necə davranmaq barədə təlim keçdiyi və qeyri-qanuni alverçilər vasitəsilə silahları Avstriyaya gətirmək məqsədilə müxtəlif odlu silahlar, o cümlədən əl qumbarası almağa cəhd etdiyi bildirilir.

Hücum zamanı yeniyetməlik çağlarında olan hər iki gənc günahkar bilinərsə, onları 20 ilə qədər həbs cəzası gözləyir. Xatırladaq ki, keçən il Almaniyada da bir yeniyetmə bu uğursuz hücumu hazırlamağa kömək etdiyinə görə 18 aylıq şərti həbs cəzasına məhkum edilmişdi. Prokurorlar bildirib ki, Məhəmməd A. adlı suriyalı şəxs Beran A.-ya bomba hazırlama təlimatlarını ərəb dilindən tərcümə etməkdə kömək edib və onu bir İŞİD üzvü ilə əlaqələndirib. Məhkəmə prosesinin mayın sonlarına qədər davam edəcəyi gözlənilir.

AFP via Getty Images A photo of one of three suspects - seen here holding a knife - arrested in connection with a foiled attack on Taylor Swift's concert in Vienna. Photo: 8 August 2024

Teylor Svift: "Qətliamdan güclə xilas olduq"

"Eras Tour" sənədli filminə əsasən, Teylor Svift Vyanadakı bomba planı barədə Avstriyaya uçarkən təyyarədə öyrənib. MKİ konsertdə bomba partlatmaq planını aşkar etdikdən sonra müğənni öz ifadəsində turda "qətliam vəziyyətindən güclə xilas olduqlarını" bildirib.

Özünün altı hissəli yeni "Disney+" sənədli filminin Nyu-York premyerasında çıxış edən Svift 20 illik fəaliyyətindən sonra "pərəstişkarlarının başına nəsə gələcəyindən qorxmağın onun üçün yeni bir hiss olduğunu" vurğulayıb. Hadisədən sonra sosial şəbəkədəki paylaşımında o yazmışdı:

"Vyanadakı şoularımızın ləğv edilməsi sarsıdıcı idi. Amma mən həm də hakimiyyət orqanlarına çox minnətdar idim, çünki onların sayəsində biz insanların yox, konsertlərin yasını tutduq."

Qeyd edək ki, 149 şoudan ibarət "Eras Tour" 2023-cü ilin martında başlayıb və 2024-cü ilin dekabrında başa çatıb. Beş qitəni əhatə edən turne çərçivəsində 10,1 milyondan çox bilet satılıb və bu, bilet satışından 1 milyard dollar (786 milyon funt-sterlinq) gəlir əldə edən tarixdəki ilk musiqi turnesi olub.

# 64 dəfə oxunub

Oxşar xəbərlər

Siçovul dərisi geyinmisən, dalana dirənib gözlərin - Cavid Fərzəli

Siçovul dərisi geyinmisən, dalana dirənib gözlərin - Cavid Fərzəli

15:59 28 aprel 2026
Naxçıvanda Əcəmi Naxçıvaninin abidəsi ucaldılır

Naxçıvanda Əcəmi Naxçıvaninin abidəsi ucaldılır

15:52 28 aprel 2026
Nurəddin Kazımovun 100 illiyi münasibətilə sərgisi istifadəçilərə təqdim olundu

Nurəddin Kazımovun 100 illiyi münasibətilə sərgisi istifadəçilərə təqdim olundu

15:08 28 aprel 2026
Yumor hissi insanda yeganə ilahi keyfiyyətdir... - Məşhur alman filosofdan aforizmlər

Yumor hissi insanda yeganə ilahi keyfiyyətdir... - Məşhur alman filosofdan aforizmlər

15:00 28 aprel 2026
Amerikalı pop ulduz səsini əmtəə nişanı kimi qeydiyyatdan keçirəcək

Amerikalı pop ulduz səsini əmtəə nişanı kimi qeydiyyatdan keçirəcək

13:17 28 aprel 2026
Məşhur reper narkotik təbliğatı ilə bağlı məhkəmə qarşısına çıxacaq

Məşhur reper narkotik təbliğatı ilə bağlı məhkəmə qarşısına çıxacaq

12:38 28 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər