Tanınmış rəssamın Pakistanda sərgisi nümayiş olunacaq

Tanınmış rəssamın Pakistanda sərgisi nümayiş olunacaq
18 oktyabr 2022
# 18:00

Tanınmış Azərbaycan rəssamı Nəvai Metin 1 oktyabr 2022-ci il tarixdən qardaş ölkə Pakistanda yaradıcılıq ezamiyyətindədir.

Kulis.az xəbər verir ki, yaradıcılıq səfəri Pakistanın Azərbaycandakı səfiliyinin və pakistanlı rəssam Şeffik Faroqinin dəvəti ilə reallaşıb. Rəssam Nəvai Metin Paytaxt İslamabad da Lahorda və başqa şəhərlərdə yaradıcılıq birliklərində sənət adamları ilə görüşlər keçirib.


Azərbaycanın Pakistandakı fövqalədə və səlahətli səfiri Xəzər Fərhadovla görüşdə, gələcəkdə Azərbaycan rəssamlarının Pakistana səfərləri və sərgilərin keçirilməsi müzakirə olunub. Səfir Xəzər Fərhadov mədəni əlaqələrin vacibliyini qeyd edərək bu işdə mümkün olan bütün variantlardan istifadə edəcəyini vurğulayıb.


Rəssam Nəvai Metinin yaratdığı Pakistan dövlətinin qurucuları Məhəmməd İkbalın və Qaydi Azimin porttretləri sərgilərdə rəğbətlə qarşılanıb. Rəssam Nəvai Metinin sərgiləri və müxtəlif sənət adamları ilə görüşləri Pakistanın media qurumları tərəfindən işiqlandırılıb.


Pakistanda fərqli insan obrazlarını kətana köçürən rəssam Nəvai Metin yaxın vaxtlarda Bakıda, sonra isə Pakistanda əsərlərini sərgiləməyi planlaşdırır.

# 2518 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyəli müğənni “Qremmi”nin jürisinə seçildi

Türkiyəli müğənni “Qremmi”nin jürisinə seçildi

12:49 7 avqust 2026
Damla-damla yoxa çıxan zövqümüz...  — O izdiham bir-birini tapdalayaraq hara çatmağa tələsirdi?

Damla-damla yoxa çıxan zövqümüz... — O izdiham bir-birini tapdalayaraq hara çatmağa tələsirdi?

12:30 7 avqust 2026
Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

11:50 7 avqust 2026
Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

10:50 7 avqust 2026
26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun  siyahısına daxil edildi

26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun siyahısına daxil edildi

10:26 7 avqust 2026
Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər