Tanınmış rejissorun xatirəsi anıldı

Tanınmış rejissorun xatirəsi anıldı
14 yanvar 2025
# 12:35

Yanvarın 13-də Azərbaycan Teatr Xadimləri İttifaqında Əməkdar incəsənət xadimi, “Qızıl dərviş” mükafatı laureatı, tanınmış rejissor Məhərrəm Bədirzadənin 80 illiyi münasibətilə “Onu sevirdilər” adlı xatirə tədbiri keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə əvvəlcə rejissorun həyat və sənət yolunun işıqlı səhifələrindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov Məhərrəm Bədirzadənin təkcə böyük rejissor deyil, həm də dərin insanlıq keyfiyyətlərinə malik şəxsiyyət olduğunu deyib: “Məhərrəm müəllim çox qayğıkeş insan idi. Onunla dostluq etmək bir ömürlük səadətdir. Bizim dostluğumuz 70 illik bir tarixdir”.

Əməkdar incəsənət xadimi Məryəm Əlizadə rejissorun pedaqoji fəaliyyətindən danışaraq onun tələbələrə necə qayğı ilə yanaşdığını vurğulayıb: “Biz uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində çiyin-çiyinə çalışmışıq. Məhərrəm müəllim təkcə rejissor deyildi, həm də gözəl bir pedaqoq idi. O, hər bir aktyorun ruhunu hiss edirdi, onların daxili potensialını açmağa çalışırdı. Hər səhnədə onun imzasını oxumaq mümkün idi”.

Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli bildirib ki, M.Bədirzadənin sənətə olan sevgisi dərin və hər şeydən üstün idi. “Məhərrəm Bədirzadə Azərbaycan teatrı üçün yanan bir çıraq idi və onun işığı heç zaman sönməyəcək. Bu gün də teatr səhnəsində onun nəfəsi hiss olunur”, - deyə professor əlavə edib.

Xalq artisti Nəsibə Zeynalovanın adını daşıyan nəvəsi Nəsibə Əsgərova diqqətə çatdırıb ki, nənəsinin səhhətinin ağır zamanlarında onu bədbinliyi qapılmağa qoymayan məhz Məhərrəm Bədirzadə olub. “Yaşlı insan üçün sadəcə diqqət və sevgi çox önəmlidir. Məhərrəm müəllim nənəmin bu çətin dövründə sanki onun həyatına bir işıq gətirmişdi. Deyərdim ki, bu diqqət və qayğı Nəsibə xanımı daha da güclü edirdi.”

Tədbirdə Xalq artistləri İlham Namiq Kamal, Mərahim Fərzəlibəyov, Yasin Qarayev, Əməkdar artist Azad Şükürov və digər sənət adamları Məhərrəm Bədirzadə ilə bağlı xatirələrini bölüşərək onun ölməz irsinə bir daha ehtiramlarını ifadə ediblər.

# 2563 dəfə oxunub

Oxşar xəbərlər

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti

Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti

17:22 7 noyabr 2026
"8 Noyabr – Zəfər Günü"  - Milli Kitabxanada virtual və ənənəvi kitab sərgiləri

"8 Noyabr – Zəfər Günü" - Milli Kitabxanada virtual və ənənəvi kitab sərgiləri

15:02 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər