Tanınmış modeli döyməkdə təqsirləndirilənə hökm oxundu

Tanınmış modeli döyməkdə təqsirləndirilənə hökm oxundu
10 mart 2025
# 16:13

Tanınmış modeli döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.

Kulis.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış edib.

O, müdafiə etdiyi şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş edib.

Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Ziya Hüseynzadə 2 il 6 ay müddətinə müvafiq vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, “PKF Audit Azerbaijan” və “PKF Audit Consultinq” MMC-lərin təsisçisi olan Ziya Hüseynzadədənin dələduzluq, vəzifə saxtakarlığı kimi əməllər törətməsinə şübhələr müəyyən edilib. İstintaqla Z.Hüseynzadənin 2022-2023-cü illərdə digər şirkət rəhbərləri ilə əlbir olaraq onlara məxsus obyektlərin fəaliyyətinin genişləndirilməsi təyinatı üzrə kredit verilməsinə dair “Avropa Yenidənqurma və İnkişaf Bankı”na etdikləri müraciətlər üzrə külli miqdarda qanunsuz kredit vəsaitləri alınmasına əsaslı şübhələr aşkar edilib.

Həmçinin 2022-ci ildə təsisçisi olduğu şirkətin bank hesabında olan pul vəsaitini nağdlaşdırmaq məqsədilə saxtalaşdırdığı rəsmi sənədlərdən istifadə etməklə həmin MMC-nin direktorunun xəbəri olmadığı halda onun adından şirkətin depozit hesabından təsərrüfat xərci adı altında külli miqdarda pul vəsaitini məxaric etməsi müəyyənləşib.

Xatırladaq ki, təqsirləndirilən Ziya Hüseynzadə tanınmış model Raziyyət Əliyevanı döyməkdə təqsirləndirilir. Bununla bağlı açılmış cinayət işi üzrə də hazırda məhkəmə araşdırması davam edir. APA

# 2598 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbiyyatşünas Dmitro Drozdovski: "Səlim Babullaoğlu mədəniyyət diplomatıdır"

Ədəbiyyatşünas Dmitro Drozdovski: "Səlim Babullaoğlu mədəniyyət diplomatıdır"

20:00 19 oktyabr 2026
Türkiyəli müğənni 10 il müddətinə həbs oluna bilər

Türkiyəli müğənni 10 il müddətinə həbs oluna bilər

18:00 19 oktyabr 2026
Söz adlı dünyanın işığında... - Məcid Rəşadətoğlu

Söz adlı dünyanın işığında... - Məcid Rəşadətoğlu

16:30 19 oktyabr 2026
Tanınmış şoumenin Türkiyədəki konsertinin ləğvi tələb olunur - Səbəb

Tanınmış şoumenin Türkiyədəki konsertinin ləğvi tələb olunur - Səbəb

16:00 19 oktyabr 2026
"Frieze" tənqid hədəfində:  müasir incəsənət, yoxsa varlı kolleksiyaçılar üçün bazar?

"Frieze" tənqid hədəfində: müasir incəsənət, yoxsa varlı kolleksiyaçılar üçün bazar?

15:40 19 oktyabr 2026
35 illik roman  yenidən diqqət mərkəzində

35 illik roman yenidən diqqət mərkəzində

14:20 19 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər