Tanınmış cazmen Bakıda master klass keçdi

Tanınmış cazmen Bakıda master klass keçdi
29 oktyabr 2025
# 17:15

Müasir Avropa caz səhnəsinin ən dinamik simalarından hesab edilən belçikalı barabançı, bəstəkar və ansambl rəhbəri Antuan Pyer (Antoine Pierre) Azərbaycan Milli Konservatoriyasında master klass keçib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, Antuan Pyer musiqi hissələri ifa edərək master klassın detallarını praktikada nümayiş etdirib, eyni zamanda, yaradıcılığı barədə auditoriyanı məlumatlandırıb.

Milli Konservatoriyanın tələbələri nağara ifa edərək belçikalı sənətçini Azərbaycanın milli musiqisi ilə tanış ediblər, daha sonra isə baraban və nağaranın sintezi ilə mini konsert baş tutub.

Antuan Pyer adının Azərbaycan dilində yazılışını çox bəyəndiyini də dilə gətirib.

“Yazılışı bu cür dəyişməyi düşünürəm”, - o əlavə edib.

Master klassa tamaşa edənlər arasında Belçikanın Azərbaycandakı səfiri Julyen de Frepon da olub.

Qeyd edək ki, ifaçı Bakı Cazz Festivalında iştirak etmək üçün Azərbaycana gəlib. O, “URBEX”, “URBEX Electric” və “Next.Ape” kimi yenilikçi layihələrin rəhbəridir. Bu layihələrdə o, müasir cazı rok, elektron və ambient ünsürlərlə birləşdirir. Antuan Pyer “Jazz Middelheim”, “North Sea Jazz” və “Gent Jazz” kimi aparıcı Avropa festivallarında səhnə alaraq canlı çıxışları ilə böyük rəğbət qazanıb.

# 1111 dəfə oxunub

Oxşar xəbərlər

Mayk Tayson  Türkiyə serialında çəkiləcək

Mayk Tayson Türkiyə serialında çəkiləcək

14:30 26 oktyabr 2026
Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi

13:30 26 oktyabr 2026
Azərbaycanla  Özbəkistan arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş təsdiqləndi

Azərbaycanla Özbəkistan arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş təsdiqləndi

13:17 26 oktyabr 2026
“Bridcet Cons”un yaradıcısından yeni addım:  Ən gülməli yazılara pul mükafatı

“Bridcet Cons”un yaradıcısından yeni addım: Ən gülməli yazılara pul mükafatı

13:00 26 oktyabr 2026
Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu  yubileyi münasibətilə təbrik etdi

Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu yubileyi münasibətilə təbrik etdi

12:51 26 oktyabr 2026
Salli Runi ilə həmrəylik:  İki uşaq yazıçısı qonorarlarını ona verəcək

Salli Runi ilə həmrəylik: İki uşaq yazıçısı qonorarlarını ona verəcək

12:40 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər